00:00 · 15.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Neftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaqNeftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaq
İdman

Aziz Yıldırım: “Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!”

“Fənərbağça”nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.

O, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib.

“May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm! Bunun səbəbini də açıqlayacağam. Sizdən xahiş edirəm, klubunuza sahib çıxın”, – deyə Yıldırım vurğulayıb.

Aziz Yıldırım onun rəhbərliyi dövründə klubun maliyyə vəziyyətinin fərqli olduğunu qeyd edib:

“Keçən il bunu üzə çıxartdırdım. Deyirlər ki, Aziz Yıldırım 600 milyon borc qoyub gedib. Bilin ki, Aziz Yıldırım olmasaydı, bu günləri görə bilməzdiniz!

Ataşehir və Kayışdağı ərazilərini satdınız. Mən stadion tikdim, siz isə ad hüquqlarını, oturacaqlarını və mövsümlük biletləri satdınız. Buna baxmayaraq, vəziyyəti idarə edə bilmədiniz. Aziz Yıldırım bunların heç birini satmadı!

2018-ci ildə klubdan ayrılarkən cəmi 2 milyon avro borc qoyub getdim. Hesablar buradadır, hamısı əlimdədir”.

Yıldırım oktyabrın 22-nə olan maliyyə göstəricilərini də açıqlayıb. Onun sözlərinə görə, kluba 217 milyon avro vəsait daxil olub, xərclər isə 186 milyon 304 min avro təşkil edib. O, klubun kassasında 38 milyon avro olduğunu da iddia edib:

“Allah “Fənərbağça” klubuna kömək olsun, digər klublara da həmçinin. Yəqin ki, hamısının vəziyyəti eynidir”. (Oxu.Az)