Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO

  • Problem
  • Aprel 18, 2025
  • 0 Comments

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində görülən mühəndis işi sosial şəbəkələrdə tənqid edilib.

Uluyol.info Milli.Az-a istinadən xəbər verir ki, söhbət Dəmiryol körpüsünün alt hissəsinə taxta şalbanlarla müvəqqəti dəstək verilməsinə cəhd edilməsindən gedir. Sosial mediada yayılan görüntülərdə körpünün metal konstruksiyalarına uyğun olmayan taxta dayaqların yerləşdirildiyi açıq-aydın görünür.

Mütəxəssislər belə müdaxiləni həm texniki baxımdan təhlükəli, həm də sərnişin və nəqliyyat təhlükəsizliyi üçün ciddi risk hesab edirlər. Mühəndislik normalarına əsasən, dəmiryolu infrastrukturu üçün istifadə olunan dayaq materialları xüsusi standartlara cavab verməli və müvafiq texniki nəzarətdən keçməlidir.

Hazırda hadisə ilə bağlı aidiyyəti qurumların məsələyə müdaxilə edib-etmədiyi məlum deyil. Məsələnin nəzarətə götürülməsi və qiymətləndirilməsi üçün müvafiq dövlət orqanlarının açıqlaması gözlənilir.

  • Related Posts

    Saxta qızıllar satılır – DİQQƏTLİ olun – AÇIQLAMA

    Son illərdə zərgərlik bazarında etibarsızlıq getdikcə artır. İstər nişan, istərsə də adi hədiyyə məqsədilə alınan qızıl məmulatlarında saxtakarlıq halları alıcıların narahatlığına səbəb olur. Vətəndaşlar öz əmanətlərini dəyərli metal olaraq qorumağa…

    Müştərilər “Unibank”dan imtina edir – SƏBƏB

    “Unibank” əməkdaşlarının kobudluğu və bankın güzəşt müddətinin az olması bankdan imtina edən müştərilərin sayını artırıb. Tribunainfo.az xəbər verir ki, narazı müştərilərdən biri də Günay Quliyevadır. Bu problemlər səbəbindən o “Unibank”dan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik