Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqlədi

  • Aktual
  • Aprel 28, 2025
  • 0 Comments

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, Bako Sahakyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Vilen Mikaeliyanın rəhbərlik etdiyi dəstənin Şuşanın işğalında iştirak etdiyini, özünün də həmin dəstədə olduğunu bildirib və əlavə edib: “Bu, şərq istiqaməti idi. Mən bilirəm ki, həmin istiqamətin komandiri Arkadi Karapetyan idi”.

Təqsirləndirilən şəxs həmin vaxt sərəncamında AKM markalı avtomat olduğunu, lakin heç kəsə atəş açmadığını bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 1-də davam etdiriləcək.

  • Related Posts

    • Aktual
    • Aprel 30, 2025
    • 45 views
    Kim Çen ordusuna ağır itki: 600 ölü, 4100 yaralı – FOTO

    Rusiyanın Ukraynaya qarşı müharibəsində döyüşmək üçün göndərilən 15 minə yaxın Şimali Koreya əsgərindən 600-ü həlak olub, 4100-ü isə yaralanıb. Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya…

    • Aktual
    • Aprel 25, 2025
    • 55 views
    Çin: ABŞ xaos yaratmağı dayandırmalıdır!

    Pekin administrasiyası ABŞ prezidenti Donald Trampın Çinlə tarif danışıqlarının davam etdiyinə dair iddiasını bir daha təkzib edib və Vaşinqtonun ictimaiyyəti çaşdırdığını iddia edib. Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik