“BakuBus”dan sürücü və sərnişinin davası ilə bağlı AÇIQLAMA

Ötən gün axşam saatlarında Bakıda sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında dava ilə bağlı araşdırma aparılır.

Bu barədə “BakuBus” MMC-nin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib:

“BakuBus” MMC-nin istismarında olan 30 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90-JY-759 dövlət qeydiyyat nişanlı avtobusda sürücü və sərnişin arasında baş verən insidentlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsasında dərhal daxili araşdırma aparılıb. Araşdırma zamanı videomüşahidə kameralarının görüntüləri əsasında müəyyən edilib ki, ictimai nəqliyyatdan istifadə qaydalarını kobud şəkildə pozaraq sərnişin orta qapıdan avtobusa daxil olmaq istəyərkən, nəqliyyat vasitəsini idarə edən sürücü İbrahimov Səxavət tərəfindən ona irad bildirilib və bu zəmində tərəflər arasında münaqişə yaranıb.

Baş vermiş hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinə məlumat verilib və hazırda aidiyyəti qurum tərəfindən araşdırma aparılır. İnsidentlə bağlı yekun rəy verildikdən sonra ictimaiyyətə əlavə məlumat təqdim ediləcək”.

  • Related Posts

    17 yaşlı oğlan özünü 15-ci mərtəbədən atdı

    Martın 9-da gecə saatlarında Sumqayıt şəhərində intihar hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə saat 02 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb. Belə…

    Vəzifəli şəxs qəza törətdi: Piyada öldü

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Zaqatala filial müdiri Turan Əsədovun qəza törədərək piyadanı vurub öldürdüyünü təsdiqləyib. Yenicag.az xəbər verir ki, Fondun mətbuat katibi Rəşad…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik