“Bismak”, “Çörəkçi” istehsalçısı ölkədən pul çıxarmaqda günahlandırılır – Məhkəmə

Qida sektorunun tanınmış şirkətlərindən olan “Delta Qrup C.O” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb. Məşhur şirkət ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “Delta Qrup C.O” şirkətinin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Delta Qrup C.O” şirkəti ilə bağlı işə 11 aprel tarixində Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.

Qeyd edək ki, “Delta Qrup C.O.” MMC 1999-cu ildə yaradılıb. Şirkət “Anchor”, “Доярушка”, “Molkerei Ammerlander”, “Golden Cow”, “Tibet”, “Nordex Food”, “NZMP”, “Peros” kimi bir çox xüsusi markanın Azərbaycanda rəsmi distribyutorudur. “Delta Qrup C.O.” MMC-nin çörək, çörək məhsulları, (marka “Çörəkçi”) un, qənnadı məmulatları (“BiSmak” markası) və makaron (“Odad” markası) istehsal edən beş böyük fabriki var. “Moskva”, “Qız qalası”, “Buratino”, “Nejnoe”, “Milk”, “Glucose”, “Nice”, “Toplyonoye moloko”, “Sport”, “Petit Buerre” kimi peçenye markalarının istehsalçısı da “Delta Qrup C.O.” MMC-dir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

  • Related Posts

    Qəhvənin yeni faydaları ÜZƏ ÇIXDI

    Alimlər qəhvənin yaddaşı yaxşılaşdırdığını və beyni qocalmadan qoruduğunu üzə çıxarıblar. Yuta Universitetindən və digər elmi qurumlardan olan amerikalı alimlər kofeinin az öyrənilmiş metaboliti olan 1-metilksantin (1-MX) gözlənilməz xüsusiyyətlərini aşkar ediblər.…

    Kərə yağının təbiiliyini yoxlamaq üçün üsullar

    Kərə yağının təbii olub-olmadığını necə yoxlamaq olar? Marketlərdə satılan yağların hamısı göründüyü qədər təbii və saf olmaya bilər. Bəzilərinə bitki yağı, marqarin və ya nişasta qarışdırıla bilər. Amma xoş xəbər…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik