Bloqerlərin “qızıl dövrü” başa çatır – Yeni reklam qanunu nə vəd edir?

Sosial mediada reklam fəaliyyətinə nəzarət gücləndirilib. Artıq bloqerlər və influenserlər üçün “qızıl dövr” başa çatır.

Musavat.com xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz reklam qanunvericiliyinə edilmiş yeni dəyişiklikləri şərh edərək bildirib:

“Yeni qanun artıq qüvvəyə minib. Sosial şəbəkədə reklam paylaşan hər bir bloqer reklam və sponsorluq olduğunu açıq şəkildə qeyd etməlidir. Bununla yanaşı, onlar VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi təqdim etməməli, sifarişçi haqda məlumat verməli və lisenziyalaşdırılan məhsullar üçün müvafiq sənədləri paylaşmalıdırlar”.

Osman Gündüz sosial media reklam bazarının həcmi ilə bağlı da rəqəmlər açıqlayıb:

“Hazırda bu sahənin illik dövriyyəsi təxminən 10 milyon manatdır. Bu bazarda əsas pay “Meta” (Instagram, Facebook) və “Google” (YouTube) platformalarına məxsusdur. “TikTok” da sürətlə irəliləyir. Az sayda bloqer var ki, aylıq dövriyyəsi 50 min manatı keçir. Amma əksəriyyət üçün bu fəaliyyət ciddi qazanc mənbəyi deyil”.

Əlavə edib ki, əvvəllər bu reklam pulları daha çox televiziyalara axırdı, indi isə rəqəmsal bazar bu vəsaitin əsas ünvanına çevrilib.

Osman Gündüz bildirir ki, bu dəyişikliklər:

Reklam bazarında peşəkarlığı artıracaq,

Vergi ödəməyən fəaliyyəti nəzarətə alacaq,

İstehlakçıların aldadılmasının qarşısını alacaq,

Sifarişçilər üçün etibarlı əməkdaşlıq mühiti yaradacaq.

Amma bununla yanaşı, risklərə də diqqət çəkib:

“Qanunun icrasında həddindən artıq sərtlik, gənc və yeni bloqerlər üçün çətinliklər yarada bilər. Sosial media fərqli fikirlərin və yaradıcı azadlığın olduğu məkandır. Əgər platformada yalnız standart, kommersiya yönümlü kontent qalarsa, maraq azalacaq və sektor zəifləyə bilər”.

Osman Gündüz bu sahədə maarifləndirmə və ictimai nəzarətin balanslı həyata keçirilməsinin vacibliyini vurğulayıb:

“Əgər tətbiq şəffaf və ədalətli olmazsa, yaradıcı gənclər bu sahədən uzaqlaşa bilər, xarici reklamlar üstünlük qazana bilər və sektorun inkişafı geriləyə bilər”.

  • Related Posts

    Suriyadan daha 13 nəfər Azərbaycana gətirildi

    Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 3 iyun 2025-ci il tarixində Suriya Ərəb Respublikasının getmiş 13 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Tribunainfo.az xəbər verir…

    Qanunsuz dini yığıncaq keçirən 3 əcnəbi Azərbaycandan çıxarıldı

    Xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisində qanunvericiliyin tələblərini pozaraq dini təbliğat işi aparmaları ilə bağlı daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti birgə tədbirlər həyata keçirib. Uluyol.info…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik