Bu gün Azərbaycanın Müstəqillik Günüdür

  • Ölkə
  • May 28, 2025
  • 0 Comments

Bu gün Azərbaycanın milli bayramı – Müstəqillik Günü qeyd olunur.

28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür.

Bu bayram artıq dördüncü ildir ki, işğaldan azad olunan ərazilərdə də qeyd olunur.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar imperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil edib. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyib və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib.

Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq edildikdən sonra artıq dördüncü dəfədir, Azərbaycan Müstəqillik Gününü qeyd edir.

Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.//yenicag.az

  • Related Posts

    • Ölkə
    • May 29, 2025
    • 62 views
    Novxanıda bayram mitinqi keçirildi – Video

    Mayın 28-də Azərbaycan tarixinin ən önəmli hadisəsi – Cümhuriyyət qurulmasının 107-ci ildönümündə Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi önündə bayram mitinqi keçiriblər.…

    • Ölkə
    • May 27, 2025
    • 65 views
    Hava ilə bağlı daha bir xəbərdarlıq edildi

    Mayın 28-29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik