Bu məhsullardan uzaq durun – Ömrünüzü qısaldır

Düzgün qidalanma sağlam həyat üçün vacibdir, amma bəzi qidalar var ki, onların istifadəsi sağlamlıq üçün ciddi risklər yaradır.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, qidalanma sahəsində aparılan son araşdırmalar göstərib ki, bəzi gündəlik istehlak etdiyimiz qidalar siqaret qədər zərərlidir. Xüsusilə də işlənmiş ətlər, hidrogenləşdirilmiş yağlar, rafinə karbohidratlar, işlənmiş şəkər və cips bu siyahının başındadır.

Ümumdünya Səhiyyə Təşkilatı işlənmiş kolbasa və sosisləri birbaşa xərçəng yaradan maddələr siyahısına daxil edib. Bu qidalar tərkibində olan kimyəvi maddələr və konservantlar səbəbilə təkcə mədə-bağırsaq deyil, ürək-damar xəstəliklərinə də yol açır.

Rafinə karbohidratlar (təbii halından işlənərək (yəni təmizlənərək) lif, vitamin və mineralları çıxarılmış karbohidratlardır) – yəni ağ çörək, ağ düyü, makaron, pizza kimi qidalar – bədəndə iltihab yaradır, qan şəkərini sürətlə yüksəldir və piylənmə riskini artırır.

Hidrogenləşdirilmiş və işlənmiş yağlar da təhlükəli hesab olunur. Soya, kanola və qarğıdalı yağları kimi məhsullar yüksək temperaturda emal olunduğundan, toksik maddələrə çevrilə bilir.

Qazlı içkilər də həm metabolik xəstəliklər, həm də piylənmə ilə birbaşa əlaqələndirilir. Qida dəyəri demək olar ki, sıfır olan bu məhsullar insanda enerji düşkünlüyü və insulinin qeyri-sabitliyinə səbəb ola bilər.

Cips və qızardılmış məhsullar da sağlam qidalanma üçün ciddi təhlükə sayılır. Bu məhsullarda çox miqdarda duz, yağ və kalori olur ki, bu da qan təzyiqini yüksəldir və ürək sağlamlığını təhdid edir.

Mütəxəssislər bildirir ki, bu qidalardan tamamilə uzaq durmaq, mümkün deyilsə də, çox az və nadir hallarda istifadə etmək, eyni zamanda təbii və təzə məhsullarla qidalanmaq sağlamlığımız üçün ən yaxşı seçimdir.

  • Related Posts

    Bu çayın faydaları İNANILMAZDIR – Arıqladır…

    Yalnız xoş ətiri ilə deyil, sağlamlığa saysız-hesabsız faydaları ilə seçilən jasmin çayı gündəlik həyatınızın ayrılmaz bir hissəsinə çevrilə bilər Jasmin çiçəyinin incə ətri və yaşıl çayın təravəti – jasmin çayı…

    Qocalma prosesini ləngidən çox ucuz balıqlar – SİYAHI

    Bəzi balıq növləri xroniki zəif iltihab proseslərini və oksidləşdirici stressi dayandırmaq gücünə malikdir. Soyuq sularda yaşayan dəniz balıqları təbiətin gənclik eliksiri hesab olunur. Həkimlərin fikrincə, skumbriya və seld (şprots) kimi…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik