Bu universitetin tələbələri diplomlarını ala bilmirlər

Bu universitetin tələbələri diplomlarını ala bilmirlər

İqtisad Universitetinin Dərbənd filialının 2023-2024 tədris ili üzrə məzunları diplomlarını ala bilmirlər.
Onlar universitetə dəfələrlə müraciət etsələr də, nəticə olmadığını deyirlər.
“Diplom vermədiklərinə görə il yarımdır ki, işsiz qalmışam. Diplomdan heç bir xəbər yoxdur. Təhsil Nazirliyinə müraciət etmişik. Bizə deyirlər ki, siz Dövlət İmtahan Mərkəzi yox, orada keçirilən müsabiqə vasitəsilə qəbul olunmusunuz”, – şikayətçi Elnur Babayev deyib.
Məsələ ilə bağlı universitetdən bildirilib ki, Dərbənd filialının məzunlarına diplomların təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi məktub ünvanlanıb. Məsələnin həlli istiqamətində nazirliklə mütəmadi əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, həmin universitetdə bu problem artıq 2 ildir ki var.
“Problemin əsasında qeydiyyat prosesinin gecikməsi ilə bağlıdır. Bu prosesdə Azərbaycan tərəfi şübhələr yaşayır, ona görə də bu proses bir az gecikir. Bu gecikmə hüquqi prosesdir, tələbələrin həmin ərazidə olub-olmaması, kreditlərlə bağlı, qeydiyyatla bağlı bütün bunların hamısına görə belə gecikmələr olur”.
  • Related Posts

    Jurnalist Şəmşad Ağa saxlanılıb

    Jurnalist Şəmşad Ağa fevralın 5-də gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib. “Gecə saat 2 radələrində müstəntiq və 7-8 maskalı polis əməkdaşı qapımızı…

    Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb

    Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub. 2024-cü ilin martında bu nəşrə qarşı cinayət işi qaldırıldıqdan və demək olar…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik