“Bugünkü gənclərin çoxu böyük-kiçik yeri bilmir”

“Xanım xanım kimi olmalıdır, yerini bilməlidir. Danışığını, davarnışını, böyük-kiçik yeri bilməlidir. Dinləməyin özü ən böyük mədəniyyətdir. Bugünkü gənclərin çoxu bunu bilmir”.

Bu sözləri Xalq artisti Səkinə İsmayılova “Günə bax” verilişində deyib.

“İllərdir dərsdən əvvəl bu mövzularda danışmışam ki, böyüyə, sənətkarlara hörmət etmək lazımdır. Onları görəndə qabağa keçib salam verməlisiniz. Yəni, həddinizi bilməlisiniz. Vaxtım olanda efirlərə baxıram. Görürsən ki, böyük oturub, öz ustadının yanında ayağını aşırıb ayağının üstünə. Baxıram və düşünürəm ki, bu, necə ola bilər? Ailədə valideyninə necə hörmət edirsənsə, ustadına da elə etməlisən. Ana-ata övladı dünyaya gətirir, amma ustadı onu göylərə qaldırır. Bu, bir filosofun sözüdür, özümdən demirəm. Ustad ondan vətənə yararlı vətəndaş yetişdiməyə çalışır.

Bizim gözəl mədəniyyətimiz var. Mən sevinirəm ki, mənim müəllimim Rəşid Behbudov olub. O deyirdi ki, biz hansı ölkəyə gediriksə, öz ölkəmizin simasıyıq. Səhnə də bunu istəyir. Mən ustadlarımdan nə görmüşəmsə, onları da tələbələrimə öyrədim. Daşıdığınız muğam bunu tələb edir. Sən geyiminə diqqət etməki, davranışına fikir verməlisən. Muğama başqa cür yanaşmaq olmaz”. (Axşam.az)

  • Related Posts

    Meyxanaçılar AYB-yə üzv olmaq istəyirlərsə… – Anardan AÇIQLAMA

    Bir neçə meyxanaçı Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istədiklərini bildirib. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev açıqlamasında bildirib ki, təşkilata üzvlük Birliyin nizamnaməsinə uyğun həyata keçirilir: “Meyxanaçılar da…

    Edip Akbayram vəfat etdi

    Məşhur türkiyəli müğənni Edip Akbayram 75 yaşında dünyasını dəyişib. Uluyol.info xəbər verir ki, bu haqda İstanbul vilayəti Sağlamlıq Müdiri Dos. Dr. Abdullah Emre Güner sosial media hesabında açıqlama yayıb. Bildirib…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik