Çin: ABŞ xaos yaratmağı dayandırmalıdır!

  • Aktual
  • Aprel 25, 2025
  • 0 Comments

Pekin administrasiyası ABŞ prezidenti Donald Trampın Çinlə tarif danışıqlarının davam etdiyinə dair iddiasını bir daha təkzib edib və Vaşinqtonun ictimaiyyəti çaşdırdığını iddia edib.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun paytaxt Pekində keçirilən növbəti mətbuat konfransında məsələ ilə bağlı suala cavab olaraq: “ABŞ və Çin tarif məsələsi ilə bağlı məsləhətləşmələr və ya danışıqlar aparmır”-deyə, bildirib.

Sözçü Quo Vaşinqton administrasiyasını tariflərlə bağlı ictimaiyyəti çaşdırmağı dayandırmağa çağırıb.

Çin ABŞ prezidenti Donald Trampın aprelin 2-də açıqladığı “qarşılıqlı tariflərə” reaksiya verib və eyni şəkildə cavab verib. İki ölkə arasında tariflərin hesablaşması nəticəsində ABŞ Çinə tətbiq etdiyi tarifləri 145 faizə, Pekin isə 125 faizə qaldırıb.

Aytən Yaşar/ Turkustan.az

  • Related Posts

    • Aktual
    • Aprel 30, 2025
    • 45 views
    Kim Çen ordusuna ağır itki: 600 ölü, 4100 yaralı – FOTO

    Rusiyanın Ukraynaya qarşı müharibəsində döyüşmək üçün göndərilən 15 minə yaxın Şimali Koreya əsgərindən 600-ü həlak olub, 4100-ü isə yaralanıb. Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya…

    • Aktual
    • Aprel 28, 2025
    • 54 views
    Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqlədi

    Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini təsdiqləyib. AZƏRTAC xəbər verir ki, Bako…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik