00:00 · 11.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Afrikada Çin nümunəsi: 7 min kilometrlik “Yaşıl divar” yaradılır (FOTO)Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdıEmin Abbasov “Səbail”də prezident müşaviri təyin edildiCorablı, yoxsa corabsız: Ən yaxşı yatma qaydası və bunun səbəbiDünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırırMəşhur aktyorların qazancları üzə çıxdı: Rəqəmlər heyrətləndirdiTrampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?Türkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdiAfrikada Çin nümunəsi: 7 min kilometrlik “Yaşıl divar” yaradılır (FOTO)Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdıEmin Abbasov “Səbail”də prezident müşaviri təyin edildiCorablı, yoxsa corabsız: Ən yaxşı yatma qaydası və bunun səbəbiDünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırırMəşhur aktyorların qazancları üzə çıxdı: Rəqəmlər heyrətləndirdiTrampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?Türkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdi
Dünya

Çində 26 mərtəbəli bina cəmi 120 saata tikildi – VİDEO

Çində 208 mənzildən ibarət 26 mərtəbəli yaşayış binasının tikintisi cəmi 120 saata başa çatdırılıb. Buna paslanmayan poladdan modul tikinti texnologiyasının tətbiqi sayəsində nail olunub.

“Jingdu Holon” adlanan binanın ümumi sahəsi təxminən 14 min kvadratmetrdir. 26 mərtəbəli bina cəmi 5 gün ərzində quraşdırılıb. Bina Syanin rayonunda yerləşir. Tikinti işləri 2024-cü il yanvarın 7-dən 11-dək aparılıb. Klassik tikinti üsulundan fərqli olaraq, burada yaşayış modulları əvvəlcədən zavodda hazırlanıb, daha sonra tikinti sahəsinə gətirilib. Mənzillər tikinti sahəsinə demək olar ki, tam hazır vəziyyətdə çatdırılıb. Hər modulun uzunluğu təxminən 12 metr, eni 2,4 metr, hündürlüyü isə 3 metrdir.

Modullar zavoddan elektrik, santexnika və kondisioner sistemləri əvvəlcədən quraşdırılmış şəkildə çıxır. Tikinti sahəsində isə təxminən 100 işçi kranların köməyi ilə hazır elementləri birləşdirir. Binanın karkası tam quraşdırıldıqdan sonra su və elektrik şəbəkəsinə qoşulması kifayət edir və bina dərhal istifadəyə hazır vəziyyətə gəlir. Binada dörd lift fəaliyyət göstərir. Mənzillər əvvəlcədən mebellə də təmin olunub. Buna görə sakinlər əlavə təmir və ya tamamlama işlərinə ehtiyac olmadan birbaşa mənzillərə köçə bilirlər. Bina regiona yerli işçi qüvvəsinin cəlb edilməsi proqramı çərçivəsində gələn mütəxəssislər üçün nəzərdə tutulub. Binanı inşa edən “Broad Group Holon” şirkəti tikilinin zəlzələyə davamlı olduğunu və 1000 ildən çox istismar edilə biləcəyini iddia edir.

1922-ci ildə köhnə qəzetlərdən tikilən ev

Xatırladaq ki, 1922-ci ildə amerikalı mühəndis Ellis F. Stenman Massaçusets ştatının Rokport şəhərində yay evi tikməyə başlayıb. Evin karkası, döşəməsi və damı ənənəvi ağac materialından olsa da, mühəndis divarları köhnə qəzetlərdən hazırlayıb. Zamanla eksperiment daha geniş miqyas alıb. Evin tikintisində təxminən 100 min qəzetdən istifadə olunub. Divarların bəzi hissələrində kağız qatlarının sayı 215-ə çatıb.

Stenman əvvəlcə qeyri-adi divarları taxta üzlüklə örtməyi planlaşdırıb. Lakin qəzet qatlarının yapışdırılıb laklanmasından sonra səthin nə qədər möhkəm olduğunu görərək divarları olduğu kimi saxlamağa qərar verib.//Lent.az