COVID-19-un mənşəyi müəyyən edildi – Rezonanslı DETALLAR

COVID-19-un mənşəyinin prioritet versiyası açıqlanıb.

Mərkəzi Kəşfiyyat İdarəsi COVID-19-un mənşəyi ilə bağlı mövqeyini dəyişərək, virusun Çinin Uhan şəhərindəki bir laboratoriyada sızma nəticəsində ortaya çıxdığını açıqlayıb. Lakin agentlik Fedral Kəşfiyyat Bürosu və ABŞ Energetika Nazirliyinin mövqeyinə qoşularaq az inamla bu qənaətə gəlib.

Lent.az bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“Mərkəzi Kəşfyyat İdarəsi, mövcud məlumatlara əsaslanaraq, pandemiyanın mənşəyinin təbii mənşəli deyil, laboratoriya hadisəsi ilə bağlı olduğunu az inamla qiymətləndirir”, – MKİ sözçüsü bildirib. O əlavə edib ki, agentlik onun qiymətləndirməsini dəyişdirə biləcək yeni kəşfiyyat hesabatlarını nəzərdən keçirməyə davam edəcək.

Əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsi virusun heyvandan insana keçdiyini və ya laboratoriya səhvinin nəticəsi olduğunu söyləmək üçün kifayət qədər məlumata malik deyildi.

 

 

COVID-19 ilk dəfə 2019-cu ilin sonlarında Uhanda ortaya çıxıb və 2020 və 2021-ci illərdə sürətlə bütün dünyaya yayılaraq müasir tarixin ən böyük pandemiyalarından birinə çevrilib.

Nəşrin yazdığına görə, Mərkəzi Kəşfiyyat İdarəsi indi laboratoriya sızması nəzəriyyəsini dəstəkləyir və bu, ABŞ-ın Milli Kəşfiyyat Şurası kimi digər kəşfiyyat orqanlarının dəstəklədiyi heyvanlar vasitəsilə ötürülən versiyanı şübhə altına alır. Mərkəzi Kəşfiyyat İdarəsinin yeni direktoru Con Retkliff “Breitbart”a müsahibəsində deyib ki, laboratoriya sızmasının araşdırılması vəzifəyə gəldiyi gündən onun prioriteti olub.

 

 

“Biz həm laboratoriya sızması nəzəriyyəsini, həm də virusun təbii mənşəyinin mümkünlüyünü araşdıraraq, bu məsələ üzərində işləməyə davam edəcəyik”, – o əlavə edib.

Çinin ABŞ-dakı səfirliyi bu mövqeyi tənqid edərək, bunu siyasi manipulyasiya adlandırıb.

Bu arada, Senatın Kəşfiyyat Komitəsinin sədri Tom Kotton Mərkəzi Kəşfiyyat İdarəsinin yeni bəyanatını dəstəkləyərək bunu “COVİD-in mənşəyi ilə bağlı ən inandırıcı izahat” adlandırıb.

  • Related Posts

    Qəhvənin yeni faydaları ÜZƏ ÇIXDI

    Alimlər qəhvənin yaddaşı yaxşılaşdırdığını və beyni qocalmadan qoruduğunu üzə çıxarıblar. Yuta Universitetindən və digər elmi qurumlardan olan amerikalı alimlər kofeinin az öyrənilmiş metaboliti olan 1-metilksantin (1-MX) gözlənilməz xüsusiyyətlərini aşkar ediblər.…

    Kərə yağının təbiiliyini yoxlamaq üçün üsullar

    Kərə yağının təbii olub-olmadığını necə yoxlamaq olar? Marketlərdə satılan yağların hamısı göründüyü qədər təbii və saf olmaya bilər. Bəzilərinə bitki yağı, marqarin və ya nişasta qarışdırıla bilər. Amma xoş xəbər…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik