“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Ölkədə fəaliyyət göstərən bəzi özəl klinikalarda vətəndaşlara qarşı qeyri-rəsmi maliyyə münasibətləri və insan hüquqlarını pozan hallarla bağlı yeni bir qalmaqallı hadisə üzə çıxıb. Bu dəfə narazılıq “Dəniz” Hospitalda baş verib.

Estetik əməliyyat üçün “Dəniz” Hospitala müraciət edən Ruhanə Allahverdiyeva adlı qadın təəccüblü və hüquqi baxımdan mübahisəli bir vəziyyətlə üzləşib. O, əməliyyat üçün əvvəlcədən müəyyən qədər ödəniş etsə də, qalan 600 manat məbləği çatmadığı üçün özünə məxsus qızıl-zinət əşyalarını girov qoymağa məcbur olub.

İddialara görə, xəstəxananın təsisçisi kimi təqdim olunan Fidan adlı bir şəxs Ruhanə Allahverdiyeva ilə “müqavilə” bağlayaraq 8.000 manatlıq qızılları cəmi 600 manat əvəzinə qəbul edib. Əməliyyatı isə Sadiq adlı həkim həyata keçirib.

Əməliyyatdan sonra çatışmayan 600 manatı ödəyən Ruhanə Allahverdiyeva, qızıllarını geri almaq istəyəndə isə gözlənilməz cavab alıb: qızıllar artıq lombarda qoyulub və qarşılığında 5.000 manat pul götürülüb.

Bu hadisə ilə bağlı Ruhanə Allahverdiyeva hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda Binəqədi Rayon Polis İdarəsində şikayət əsasında araşdırma aparılır. Məlumatı ilk olaraq jurnalist Sima Babayeva şəxsi sosial media hesabında yayıb.

Qeyd edək ki, bu cür hallar ölkədə ilk dəfə baş vermir. Təxminən 2016-cı ildə də oxşar hadisə, estetik əməliyyatla bağlı maddi zərərə uğrayan bir şəxs Araz Salmanov adlı cərrahın adı ilə gündəmə gəlmişdi və ölkə miqyasında rezonans doğurmuşdu.

Hadisə ilə bağlı “Dəniz” Hospitaldan rəsmi açıqlama almaq mümkün olmayıb.

Yazıda adları hallanan tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Tribunainfo.az

  • Related Posts

    FHN-dən Füzuli Ələkbərova 16 min manatlıq sifariş

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi “İmprotex Motors” şirkəti satınalma müqaviləsi imzalayıb. Qaynarinfo xəbər verir ki, müqavilədə “BMW 750E”markalı nəqliyyat vasitəsi üçün təmir və texniki servis xidmətlərinin satın alınması…

    Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? – SİYAHI

    Bu ilin ilk 6 ayında Bakı metrosundan 111 milyondan çox sərnişin istifadə edib. AzFakt.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, ən çox sərnişin may…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik