Dəriyə yeridilən risk: Tatu sizi ÖLDÜRƏ BİLƏR!

Son illərdə gənclər arasında döyməyə (tatu) maraq artıb. Bunu özünüifadə, fərdilik və sənətə bağlılıq kimi görənlər çoxdur. Lakin döymələrin sağlamlığa təsiri də nəzərə alınmalıdır. Mürəkkəbin tərkibindəki kimyəvi maddələr allergik reaksiyalara, dəri xəstəliklərinə və hətta qan infeksiyalarına səbəb ola bilər. Sterilizasiya olunmamış avadanlıqlar hepatit və digər virusların yayılma riskini artırır. Eyni zamanda, bəzi döymə mürəkkəblərinin uzunmüddətli təsiri tam öyrənilməyib.

Bəs döymələrin sağlamlığa mümkün zərərləri haqqında kifayət qədər məlumatlıyıqmı?

“Yeni Sabah” məsələni dermatoloq Zakir Abıyevlə müzakirə edib. Həkim bu barədə qeyd edib ki, 20-30 faiz şəxslərdə bu üzrə problemlər baş qaldıra bilər:

“Mən həkim olaraq buna bəraət qazandıra bilmərəm. Əlbəttə ki, bunun insan sağlamlığına ziyanı var. Amma bu o demək deyil ki, hər kəs mütləq şəkildə bundan zərər görür. Xeyr, elə insanlar var ki, onlar üçün ciddi bir problem yaratmır. Lakin statistikaya baxdıqda görürük ki, ən azı 20-30 faiz insan bu cəhətdən müəyyən dərəcədə zərər görür. Mən öz praktikamda da bunun şahidi olmuşam. Bəzi hallarda insanlar döyməni etdirdikdən sonra dəri reaksiyaları, allergik reaksiyalar, infeksiyalar və ya çapıq toxumasının yaranması ilə qarşılaşırlar. Ancaq elə şəxslər də var ki, illər boyu heç bir problem yaşamadan döyməni bədənlərində saxlayırlar”.

Həkim döymənin insan bədəninə zərərlərindən də söz açıb:

“Buna baxmayaraq, mən şəxsi və tibbi mövqeyimdən döymə etdirməyin tərəfdarı deyiləm. Çünki bu, dərinin strukturuna mexaniki zədə vurur və eyni zamanda kimyəvi maddələrin orqanizmə daxil olmasına səbəb olur. Təbii ki, bu prosesin mənfi təsirləri ola bilər və hər bir insanın bədən reaksiyası fərqli olduğu üçün riskləri nəzərə almaq vacibdir. Ona görə də mən hesab edirəm ki, döymə etdirməmək daha sağlam seçim olar”.

  • Related Posts

    Deputatın şirkəti qüsurlu mebel satıb (RƏSMİ)

    Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən mebel istehsalı ilə məşğul olan “Embawood” MMC barəsində inzibati xəta protokolu tərtib edib. Bu barədə…

    İmmun sisteminə möcüzəvi təsir edən GÖYƏRTİLƏR

    Aprel ayı ilə birlikdə bazar və supermarketlərdə təravətli göyərtilər bolluqla görünməyə başlayır. Qiymətlər də münasib olduğundan göyərti sevənlər üçün əsl fürsətdir. Ancaq təkcə ləzzətli olduğu üçün deyil, həm də sağlamlığa…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Azər Qasımlının həbs müddəti uzadıldı

    Azər Qasımlının həbs müddəti uzadıldı

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı