00:00 · 07.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Əli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay…Bunu edənləri 8 ilədək həbs gözləyirMal ətinin qiyməti yenidən artdı (VİDEO)Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilərTramp Hörmüz boğazına öz adını vermək istəyir“Euronews” “Sabah”ın uğur hekayəsindən bəhs edən yazı hazırlayıbSüni intellekt bu peşələri sıradan çıxara bilər – 756 iş üzrə risk dərəcələriRusiyada tikinti sahələrində miqrant işçilərin sayı artıbAzərbaycanın etirazı Parisdə planları pozdu – Bakıdakı canilərə həsr olunan rəsmi açılış ləğv edildiBu şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilirBakıda bu yollar bağlanır“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıbƏli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay…Bunu edənləri 8 ilədək həbs gözləyirMal ətinin qiyməti yenidən artdı (VİDEO)Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilərTramp Hörmüz boğazına öz adını vermək istəyir“Euronews” “Sabah”ın uğur hekayəsindən bəhs edən yazı hazırlayıbSüni intellekt bu peşələri sıradan çıxara bilər – 756 iş üzrə risk dərəcələriRusiyada tikinti sahələrində miqrant işçilərin sayı artıbAzərbaycanın etirazı Parisdə planları pozdu – Bakıdakı canilərə həsr olunan rəsmi açılış ləğv edildiBu şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilirBakıda bu yollar bağlanır“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Maraqlı

Danimarkada vikinqlər dövrünə aid ən böyük gümüş dəfinə tapılıb – FOTO

Danimarkada bu günə qədər vikinqlər dövrünə aid ən böyük gümüş xəzinə – ümumi çəkisi təxminən 18,5 kiloqram olan 700-dən çox əşya və onların fraqmentləri aşkar edilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Danmarks Radio” yayım şirkəti məlumat yayıb.

Məlumata əsasən, ev sahibi xəzinəni bağçasında terras inşa edərkən üzə çıxarıb. Tapıntının içərisində ümumi kütləsi 18.5 kiloqram təşkil edən 700-dən artıq gümüş əşya – külçələr, zinət əşyaları, sikkələr və Skandinaviya mifologiyasında ildırım tanrısı sayılan Torun kiçik çəkici yer alıb.

Arxeoloqlar bu kəşfi Danimarkada vikinqlər dövrünə aid indiyədək tapılmış ən böyük dəfinə kimi qiymətləndirirlər. Bundan əvvəlki rekord kütləsi 6.5 kq olan “Terslev xəzinəsi”nə aid idi.