Deputatın şirkəti qüsurlu mebel satıb (RƏSMİ)

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən mebel istehsalı ilə məşğul olan “Embawood” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə Qaynarinfo-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət qüsurlu malın geri qaytarılmasından imtina edib və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib, bununla da, İnzibati Xətalar Məcəlləsinin 444.2-ci bəndinə (Satılmış malların dəyişdirilməsi və yaxud geri qaytarılması qaydalarının pozulması) və 447.0.9-cu bəndinə (istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) xətalar törədib.

Qeyd edək ki, “Embawood” şirkəti deputat Məşhur Məmmədovun biznes strukturu kimi tanınır.

  • Related Posts

    “Şok”a düşərək həyatını itirənlər – Son zamanlar bu cür ölüm hallarının artmasının səbəbləri nədir?

    Cərrahi prosedura məruz qalan hər bir şəxs, hətta yerli keyitmə ilə əməliyyat olunsa belə, müəyyən protokol üzrə müayinələrdən keçməlidir. Xəstə ciddi şəkildə araşdırılmalıdır. Son vaxtlar mətbuatda “şok”a düşərək həyatını itirən…

    İLK DƏFƏ: Süni intellekt universitetə qəbul oldu

    “Flynn”adlı süni intellekt Vyanada Tətbiqi İncəsənət Universitetinin rəqəmsal incəsənət proqramına rəsmi olaraq qəbul edilib. Musavat.com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb. Məlumatda bildirilir ki, o, tələbələr kimi dərslərə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik