Döyməsi olanlara bəd xəbər – Ölümünüzə səbəb ola bilər

Danimarka və Finlandiyadan olan tədqiqatçılar döymə (tatuaj) ilə xərçəng arasında illərdir davam edən müzakirəyə dair yeni elmi nəticələr açıqlayıblar.

Milli.Az xəbər verir ki, araşdırma çərçivəsində 2367 əkiz bacı üzərində aparılan təhlillərə əsasən, ovuc içindən böyük ölçüdə döyməyə sahib şəxslərdə dəri xərçəngi riski 2,7 dəfə artır. Bu nəticə döymənin ölçüsünün də risk faktorlarından biri ola biləcəyini göstərir.

İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsi Dəri və Zöhrəvi Xəstəliklər Bölümündən Prof. Dr. Zekayi Kutlubay döymənin xərçəngə səbəb olan dəqiq mexanizminin hələ də tam bilinmədiyini qeyd edərək bildirib:

“Tatu mürəkkəbinin keyfiyyəti risklə birbaşa əlaqəlidir. Tatu etdirmək istəyənlər istifadə olunan mürəkkəbin sertifikatlı, tərkibi açıq şəkildə göstərilən və etibarlı markalardan olan məhsullardan istifadə olunduğuna əmin olmalıdırlar. Həmçinin prosedur steril şəraitdə həyata keçirilməlidir.”

Dermatologiya mütəxəssisi Dr. Emre Araz isə qeyd edib ki, döymələrdə ən çox istifadə edilən qara mürəkkəb karbon qarasından ibarətdir və bu maddə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi tərəfindən “kanserogen” olaraq tanınıb.

Danimarkada aparılan əlavə tədqiqat döyməli şəxslərdə:

Dəri xərçəngi riskinin 62% daha yüksək olduğunu,

Lenfoma riskinin isə iri ölçülü döymələrdə 27 dəfə artdığını göstərib.

Bu təhlükələri nəzərə alan Avropa Birliyi 2022-ci ilin yanvarından etibarən döymə və qalıcı makiyaj boyalarında minlərlə kimyəvi maddənin istifadəsini məhdudlaşdırıb.

Dermatologiya üzrə mütəxəssis Dr. Dilek Akça isə belə əlavə edib:

“Qara mürəkkəb hissəcikləri limfa sistemində toplanaraq lenfoma kimi xəstəliklərlə əlaqələndirilir. Döyməli dəri günəş şüalarına məruz qaldıqda bu maddələr reaktiv reaksiyaya girə və DNT zədələnməsi baş verə bilər. Bu səbəbdən döyməsi olan şəxslər günəşdən qoruyucudan istifadə etməli və UV şüalarından mümkün qədər uzaq durmalıdırlar.”

  • Related Posts

    Biləsuvarda iki nəfəri ildırım vurması cəmiyyətimizə bu mesajı verir – Maraqlı hesablama

    “Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib Allah barəsində mübahisə edənləri vurar. Allahın cəzası şiddətlidir! (Allah yenilməz qüvvət sahibidir!)”. Quran,…

    Məzahir Pənahovun daha bir dairə sədrinin milyonluq obyekti: QƏDİR KƏRİMOV KİMDİR?

    Bu günlərdə MSK sədri Məzahir Pənahovun ətrafında qalmaqal səngimək bilmir. Belə ki, Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyib. Daha sonra məlumat yayıldı ki, Məhəmməd…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik