“Elə bağlayın ki, Çingiz Abdullayevlə Ayaz Salayev hiss eləməsin” – Kəramətdən replika

Azərbaycanda rusdilli məktəblərin bağlanması ilə bağlı söz-söhbətlər get-gedə ciddiləşir. Düzdür, bizim Təhsil Nazirliyi bu xəbərləri təkzib edib. Amma Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova əgər Azərbaycanda rusdilli məktəblərin bağlanması xəbərinə reaksiya veribsə, demək, məsələ kifayət qədər ciddidir. Yəni Azərbaycan dövlətinin belə bir niyyəti və istəyi var. Burası əla! Dövlətin belə bir niyyətinin və istəyinin olması çox gözəldir, amma bu istək eyni zamanda rus bölməsində təhsil alan şagirdlərin valideynlərində və rus bölməsində dərs deyən müəllimlərdə də olmalıdır. Çünki Rusiya o adamların istəklərinə əsaslanır, guya o adamların taleyindən narahatdır və buna görə də Azərbaycanda rusdilli məktəblərin olmağını istəyir.

Tribunainfo.az xəbər verir ki, bu fikirləri səsləndirən yazıçı Kəramət Böyükçöl bildirib ki, rusdilli məktəblərin hamısını birdən bağlamaq düzgün deyil. Bu məktəbləri zamanla hissə-hissə bağlamaq lazımdır:

“Azərbaycanda 300-dən artıq rusdilli məktəb var. Bu məktəblərin hamısını birdən bağlamaq da çətindir. Çünki neçə illərdən bəri nə qədər adamın düşüncəsində kök salıb. Amma bu işi mərhələli şəkildə həyata keçirmək mümkündür. Məsələn, 300 olmur, olsun 30, 40, 50 məktəb. Yəni əvvəl Şuşanı, sonra Xankəndi və Xocalını işğaldan azad edib, sonra da rus qoşunlarını ölkəmizdən yola saldığımız kimi, rus məktəblərini də eynilə o cür mərhələli şəkildə 30-30, 40-40, 50-50, 60, 70-70 Azərbaycandan çıxarmaq lazımdır. Yəni elə çıxarmaq lazımdır ki, Ayaz Salayevlə Çingiz Abdullayev hiss eləməsin”.

  • Related Posts

    Professor Mirzə Qurbanov vəfat edib

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda “Polimer nano və aktiv kompozitlər fizikası” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov vəfat edib. Yenicag.az xəbər verir ki, Mirzə Əbdül oğlu…

    Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

    Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi. Bu, xüsusilə uşaqlarını taksi ilə göndərən valideynlər üçün ciddi narahatlıq yaradır, həmçinin sifariş…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik