Əlikram Xurşidovun vəkili ilə görüşməsinə imkan verilməyib

Yanvarın 28-də vəkil Nemət Kərimlinin Şirvan şəhərində həbsdə olan Müsavat Partiyasının fəalı, keçmiş siyasi məhbus Əlikram Xurşidovla görüşməsinə imkan verilməyib. 

Bu haqda “Basta”ya  məlumat verən vəkil bildirib ki, polis idarəsində bunu hansısa yoxlama ilə əlaqələndiriblər.

Görüşə icazə verilməməsinin səbəbi Əlikram Xurşidova işgəncə verilməsilə bağlı ola bilərmi? Bu suala cavab verən Nemət Kərimli qeyd edib ki, Şirvanda bu və ya digər bəhanə ilə vəkilin məhbusla görüşməsinə bir qayda olaraq  imkan verilmir.

Qeyd edək ki, Əlikram Xurşidov yanvarın 19-na keçən gecə xüsusi zorakılıqla evindən polisə aparılıb. Həmin gün o, Şirvan Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbsə məhkum edilib.

Müsavat Partiyası Əlikram Xurşidovun həbsini, onun sosial şəbəkədə hakimiyyəti sərt tənqid etməsi ilə əlaqələndirib.

  • Related Posts

    Bu halda aliment ləğv olunur – AÇIQLAMA

    Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə məcəlləsinə əsasən, valideynlər uşaq saxlamaq barədə saziş bağlaya bilirlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödəyə bilər.…

    3 May – Türkçülük gününün gerçək tarixi

    Bu gün 3 may – Türkçülük Günüdür. Dünya türklərinin hər il qeyd etdiyi bu günün tarixi ilə bağlı müxtəlif iddialar var. Axar.az xəbər verir ki, Aqil Səmədbəylinin iddiasına görə, indiki…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik