Əraqçi: “Tramp İrana xəyanət etdi, İsrailin məqsədlərinə xidmət edir”

  • Mövqe
  • İyun 22, 2025
  • 0 Comments

İranın xarici işlər naziri Əbbas Əraqçi ABŞ-ın İranın nüvə obyektlərinə zərbəsindən sonra verdiyi bəyanatla diqqət çəkib.

Musavat.com xəbər verir ki, o bildirib ki, hazırda Tehran danışıqlara başlamağa hazır deyil, lakin diplomatik yol prinsipcə bağlı hesab olunmamalıdır.

“Hazırda İranın danışıqlara başlamaq niyyəti yoxdur. Lakin diplomatik çıxış yolları ümumiyyətlə bağlı olmamalıdır. Bu qapı tam qapanmamalıdır,” – deyə Əraqçi vurğulayıb.

Nazir eyni zamanda ABŞ Prezidenti Donald Trampı sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, Tramp İran xalqına və regionun sabitliyinə xəyanət edib:

“Tramp İrana xəyanət etdi və İsrailin məqsədləri naminə xalqların torpaqlarını və resurslarını istismar edən cinayətkarın ambisiyalarına boyun əydi,” – deyə o bildirib.

  • Related Posts

    • Mövqe
    • İyul 9, 2025
    • 12 views
    Zaxarovadan Ermənistana XƏBƏRDARLIQ

    “Rusiya vətəndaşlarının Ermənistana girişinə qadağanı biz Rusiya-Ermənistan əməkdaşlığının müttəfiq xarakterinə zidd olan qeyri-dost addım kimi qiymətləndiririk”. Musavat.com xəbər verir ki, bu barədə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya…

    • Mövqe
    • İyul 2, 2025
    • 43 views
    Vəkillər Kollegiyası beynəlxalq təşkilatlara müraciət edəcək

    Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək. Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkə hesabında yazıb. A.Bağırov…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik