Ərdoğan: Avropanı ancaq Türkiyənin üzvlüyü xilas edə bilər

  • Mövqe
  • Fevral 24, 2025
  • 0 Comments

Türkiyə Prezidenti Ərdoğan son dövrlərdə siyasi gündəmin formalaşmasında radikal sağ siyasətin əsas rol oynadığını vurğulayıb.

Musavat.com xəbər verir ki, bu barədə o, kabinetin iclasından sonra keçirdiyi mətbuat konfransında danışıb.

Ərdoğan liberal demokratiyanın artıq əvvəlki gücünü itirdiyini, vətəndaşlarda güvən yaratmaqda kifayət qədər uğursuz olduğunu və bu vəziyyətin Qərbdə baş verən hadirələrlə açıq şəkildə ortaya çıxdığını söyləyib.

“Qərbdə bu gün yaşananlar liberal demokratiyanın ciddi bir böhranda olduğunu göstərir. Son seçkilərdə aşırı sağcı demagogların güc qazanması buna sübutdur”, – deyə, Ərdoğan bildirib.

Bundan başqa Ərdoğan Qərbi Qəzzada yaşanan vəziyyətə görə Qərbi sadəcə seyirci qalmaqda suçlayıb.

O, Avropa Birliyi ilə əlaqələrin “köhnə dövrə qayıtmasının” vacib olduğunu vurğulayıb və Avropanın Türkiyəyə olan ehtiyacına diqqət çəkib.

“Avropa öz içində yaşadığı vəziyyətdən yalnız Türkiyənin AB-yə üzvlüyü xilas edə bilər. Buna görə də Türkiyənin tam üzv olması, hər iki tərəf üçün strateji bir addım olacaq”, – deyə, Ərdoğan qeyd edib.

  • Related Posts

    • Mövqe
    • İyul 9, 2025
    • 12 views
    Zaxarovadan Ermənistana XƏBƏRDARLIQ

    “Rusiya vətəndaşlarının Ermənistana girişinə qadağanı biz Rusiya-Ermənistan əməkdaşlığının müttəfiq xarakterinə zidd olan qeyri-dost addım kimi qiymətləndiririk”. Musavat.com xəbər verir ki, bu barədə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya…

    • Mövqe
    • İyul 2, 2025
    • 44 views
    Vəkillər Kollegiyası beynəlxalq təşkilatlara müraciət edəcək

    Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək. Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkə hesabında yazıb. A.Bağırov…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik