Ərdoğan: “Qarabağın azad edilməsi regionda yeni səhifə açıb”

Qarabağın 30 ilə yaxın işğaldan sonra azad edilməsi regionda yeni səhifə açıb.

Uluyol.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.

O həmçinin vurğulayıb ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra qardaş Azərbaycan Türkiyəyə köməyə ilk gələnlərdən biri olub.

Ərdoğanın sözlərinə görə, türk dünyası ölkələri üçün ən böyük dəyər birlikdir.

“Birgə səylər sayəsində bu birlik son illər daha da möhkəmlənib və bu, bütün sahələrdə əməkdaşlığın inkişafına öz töhfəsini verib”, – o vurğulayıb.

Siyasətçi qeyd edib ki, qardaş ölkələr birgə səylərlə yeni dünya düzəni quracaq və bu düzənin mərkəzində türk dünyası olacaq. //yenicag.az

  • Related Posts

    Britaniya Suriyanın dövlət qurumlarına qarşı bütün sanksiyaları ləğv etdi

    Böyük Britaniya Suriya Müdafiə Nazirliyinə və Suriyanın bir sıra digər hökumət idarələrinə qarşı sanksiyaları ləğv etmək qərarına gəlib. Musavat.com xəbər verir ki, məlumatı Birləşmiş Krallığın Maliyyə Nazirliyi açıqlayıb. Bildirilir ki,…

    Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıda səfərdədir

    Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda səfərdədir. APA xəbər verir ki, Narışkin aprelin 17-18-də Bakıda keçirilən “Əfqanıstan: regional qarşılıqlı əlaqə, təhlükəsizlik və inkişaf” konfransında iştirak edib. Narışkin səfər…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    İmişlidəki qəzada 3 məktəbli həlak olmuşdu: Saxlanılan 14 nəfərin məhkəməsi başlayır

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı