Ermənistanda konstitusiya niyə dəyişdirilir?

  • Aktual
  • Fevral 20, 2025
  • 0 Comments

Ermənistanın Ədliyyə naziri Srbuhi Qalyan ölkədə Konstitusiyanın dəyişdirilməsinin əsas səbəbini izah edib.

Musavat.com-un xəbər verir ki, onun sözlərinə görə, mövcud qanun insan hüquqlarına, xüsusilə də vətəndaşların sosial hüquqlarına yetərincə diqqət ayırmır. Yeni Konstitusiyada bu məsələlərə daha çox önəm veriləcək.

Nazir bildirib ki, idarəetmə modelinin dəyişdirilməsi planlaşdırılmır.

Bundan əlavə, yeni Konstitusiya dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyətini daha effektiv tənzimləyəcək. Qalyan vurğulayıb ki, hazırda prokurorluq və istintaq orqanları arasında səlahiyyət bölgüsündə problemlər mövcuddur ki, bu da qeyri-effektivliyə gətirib çıxarır.

Yeni Konstitusiyanın mətninin 2026-cı il parlament seçkilərinə qədər hazır olması gözlənilir. Qalyan əlavə edib ki, bundan sonra referendumun keçirilməsi ehtimalı da istisna edilmir.

  • Related Posts

    • Aktual
    • İyul 10, 2025
    • 23 views
    Rosselxoznadzor Azərbaycan pomidoru, şaftalısı və nektarinində “zərərverici” aşkarlamağa başlayıb

    Rusiya Azərbaycana qarşı Rosselxoznadzor kartını işə salıb. Musavat.com dövlət xidmətinin saytında yerləşdirilən məlumata istinadən xəbər verir ki, 2025-ci il iyulun 1-dən iyulun 7-dək Rosselxoznadzorun Sibir Regionlararası Administrasiyasının müfəttişləri Novosibirsk şəhərindəki…

    • Aktual
    • İyul 9, 2025
    • 11 views
    “Urmu gölü ölümlə çarpışır”

    Güney Azərbaycanın simvollarından biri olan, habelə tarixi torpaqların incisi adlandırılan Urmu gölü ciddi risk altına düşüb. Tribunainfo.az xəbər verir ki, göl faktiki olaraq qurumaqda davam edir və kritik mərhələyə qədəm…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik