Etibar Məmmədova veteran müsavatçıdan cavab

Akif Bədirli, Müsavat Partiyasının Məclis üzvü

Etibar Məmmədov maraqlı zamanda
danışmağa başlayıb.

Maraqlı olan odur ki, indi Tramp dünya dövlətlərinə münasibətdə necə davranırsa Etibar Məmmədov da o vaxt AXC-nin tanınmış şəxslərinə eyni cür davranırdı. Tramp kimi özünü hamıdan yuxarıda görürdü. Əvvəla onu qeyd edim ki, sovetlərin işğalında olan bütün xalqların imperiyadan xilas olmaq üçün qəbul etdikləri qərarlar bir – birinə uyğun olurdu. Vəziyyət dəyişdikcə, qərarlar da uyğun olaraq dəyişirdi. O isə avantürist hərəkətləri ilə əvvəllər önə çıxa bilmişdi.

Etibar Məmmədovun avantüralarından biri belə səslənirdi: “Ruslar Bakıya girsələr, Azərbaycanı Əfqanıstana döndərərik”. Onun bu sözlərini səhv etmirəmsə “İzvestiya qəzeti “nekiy Etibar Mamedov” deyə dərc etmişdi. Özü də bilmədən ruslara “qanuni qərar” verməyə imkan yaratmışdı

Onun Milli Müdafiə Şurası yaradanlardan biri olması da avantüranın davamı idi, AXC üzvü olmadığı halda (MMŞ AXC-yə alternativ olaraq yaradılmışdı), istintaqda özünü AXC üzvü kimi təqdim etmisdi. Onun müstəqilliyi hamıdan əvvəl istəməsi söhbəti də hamıdan yuxarıda görünmək məsələsi idi.

Güya müstəqilliyi hamıdan çox istəmək mənasına gətirmək üçün dediyində də saxtalıq var.
Onun AMİP partiyasını yaratmasında da kənar təsirlər iştirak edirdi. O, AMİP -i yaradanda belə bir bəyanat verdi. Deyirdi AMİP iri burjuaziyanın partiyasıdır. Azərbaycan hara, iri burjuaziya hara? Buradan çıxan nəticəni oxucu özü araşdırsın. Müstəqillik vurğunu olsa idi, AXC hakimiyyətə gəldiyi gündən onun devrilməsi üçün bütün qüvvələrini işə salmazdı. Ölkə xaricində olan qüvvələrlə əlaqəsi olan Surət Hüseynov, Heydər Əliyevlə birgə fəaliyyət göstərməzdi. Onun Əliyevlə əlaqəçisi Babək Hüseynov idi. Bu, Əliyevin Bakıya dəvət olunmasından əvvəl idi. Naxçıvanlı birisi Etibar bəyə deyir ki, Babək Naxçıvana gəlmişdi Əliyevlə görüşdü, sizin bundan xəbəriniz varmı. Onun dediyinə görə Etibar bəy zarafatla dedi ki, deyirsən yəni qoca bizim başımızı yeyəcək.

Gəncədə Şadman Hüseynov silahlanıb Bakıya getməyə çağırış edirdi. Böhranlı günlərdə AMİP üzvlərinə çalışıb çox rayonlarda İcra Hakimiyyətlərini zəbt etmək tapşırığı verilmişdi. Milli Məclisin bir yığıncağında H.Əliyev ona “o vaxt sənin də silahlı dəstən vardı” dedi. E.Məmmədov əvvəl “mənim silahlı dəstəm olmayıb” dedi. Əliyev deyəndə ki, “mənə də yox də”, E.Məmmədov “var idisə də o hakimiyyətin bəzi hərəkətlərinin qarşısını aldı” dedi və Əliyev buna görə ona təşəkkür etdi.

Siyasətdən getməsinin səbəbləri barədə doğru danışmır. O vaxt AMİP-in az-çox tanınmış üzvləri YAP-a keçmişdi. Bunun nəticəsində yaranan vəziyyətə görə E.Məmmədov “faydalı işlə” məşğul olmaq üçün partiyanın lideri seçilərək siyasətdən getdi. Partiyanın lideri seçilən adamın “mən siyasətdən getdim” deməsi ziddiyyətli alınır.

E. Məmmədov çevrilişdə iştirakının haqqı olaraq Əliyevdən Xarici İşlər Nazirliyinin və Neflə bağlı müqavilə bağlanması işinin ona verilməsini istəyirdi. Onun müstəqilliyi hamıdan əvvəl istəməsi bu məzmunda idi. Ən başlıcası E.Məmmədov Elçibəy hakimiyyətinin devrilməsində ən fəal adamlardan biri olub.

  • Related Posts

    Ararat Mirzoyan: “Qərbi Azərbaycan tələbi Ermənistana torpaq iddiasıdır”

    “Azərbaycanın Qərbi Azərbaycan iddiasında suveren Ermənistan Respublikasına qarşı ərazi iddiaları yer alır”. Tribunainfo.az bildirir ki, bu sözləri Ermənistanın XİN başçısı Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, rəsmi Bakı Qərbi Azərbaycana…

    Krımoğlu: Beynəlxalq məhkəmədə Putinə qarşı ifadə vermək istərdim

    Krım tatarlarının milli lideri, Ukrayna millət vəkili Mustafa Abdulcəmil Krımoğlu İrena Lasota ilə geniş müsahibəsində Ukraynada davam edən müharibənin başa çatması, 2014-cü ildən Rusiyanın işğalı altında olan Krımdakı vəziyyət və…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik