Əvəz Zeynallı azadlıqda

“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı səhhətinə görə həbsdən azad edilib. Bu haqda onun xanımı Məlahət Zeynallı məlumat yayıb.
***

“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb.

Report xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə onun xəstəliyinin yoxlanılması üçün tibbi şəhadətlədirilməyə göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, Əvəz Zeynallı ötən ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 10 ay müddətə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri ilə təqsirli bilinib.

Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

  • Related Posts

    Azərbaycanda sabiq nazirin ölkədən çıxışına qadağa qoyuldu – FOTO

    Azərbaycanın keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxşı məhdulaşdırılıb. Uluyol.info Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günayə Həşimova qətnamə çıxarıb. Rahim Hüseynovun ölkədən çıxışına “stop”…

    Həbsə gedən polkovnik susaraq kimləri qoruyub? – Sabiq rəisin işinin ŞOK TƏFƏRRÜATI

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanovun cinayət işində diqqət çəkən məqamlar var. Musavat.com xəbər verir ki, Seymur Qurbanov dələduzluqda və…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik