Faktiki hava AÇIQLANDI: Güclü külək, yağış, qar

Martın 20-si saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Culfada 21 m/s, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18 m/s, Naxçıvanda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

Qeyd olunub ki, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Kürdəmir, Göyçay, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Hacıqabul, Beyləqan, Yardımlı, Lerik və Astarada fasilələrlə yağış yağır. Gədəbəy və Şahdağda isə arabir qar yağması müşahidə olunur.

  • Related Posts

    Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu

    Aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Uluyol.info xəbər verir ki, bu…

    Mövqelərimiz atəşə tutuldu

    Martın 31-də saat 11:10 radələrində Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik