FETÖ-nün dönər şəbəkəsi İFŞA OLUNDU – Bakıdakı filialları da ortaya çıxdı

Türkiyədə “Maydonoz Döner” restoranlar şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Yenicag.az “NTV Türkiyə”yə istinadən xəbər verir ki, 31 vilayətdə eyni vaxtda təşkil olunan əməliyyat nəticəsində 10-u dövlət qulluqçusu olmaqla 353 nəfər saxlanılıb.

Araşdırmalar zamanı “Maydonoz Döner” şəbəkəsinin filialları vasitəsilə ölkədaxili və beynəlxalq pul köçürmələrini həyata keçirərək FETÖ terror təşkilatına xidmət göstərdiyi müəyyən edilib.

Məsələ ilə bağlı açıqlama verən Türkiyə daxili işlər naziri Ali Yerlikaya əməliyyatda saxlanılan şübhəlilərin bu restoranlar şəbəkəsi vasitəsilə terror təşkilatına pul köçürdüklərinin aşkarlandığını açıqlayıb.

O sosial şəbəkə hesabında əməliyyatın görüntülərini də paylaşıb.

Belə ki, “Maydonoz Döner” terror təşkilatı ilə əlaqəsi davam edən şəxslərə müəyyən məbləğ qarşılığında qeyri-rəsmi şəriklik təklif edib.

Məlum olub ki, şəbəkəyə daxil olmaq üçün “təşkilat referansı” tələb olunub. Qeyri-rəsmi sənədləşmə aparılmadan, tamamilə təşkilata etimada əsaslanan model tətbiq edilib.

“Şirkətin xaricdə yeni filiallar açaraq genişləndiyi və bununla da beynəlxalq pul köçürmələrə şərait yaratdığı müəyyən edilib və prokurorlar tərəfindən onlar barəsində araşdırma başlayıb”, – deyə A. Yerlikaya bildirib.

MASAK-ın apardığı araşdırmalara görə, restoranlar şəbəkəsi həm Türkiyədə, həm də xaricdə FETÖ ilə əlaqəsi bilinməyən şəxslər vasitəsilə maliyyələşdirilib. Bu pullar isə “məhsul alınması” adı altında rəsmiləşdirilərək təşkilat üzvlərinə çatdırılıb.

Musavat.com bu şəbəkəyə aid dönərçilərdən birinin Bakının Həsən Əliyev küçəsi 335, digərinin isə Zahid Xəlilov 23 (Elmlər Akademiyası) ünvanında olduğunu təsbit edib.

Bakıda Həsən Əliyev küçəsində yerləşən “Maydonoz Döner” restoranının fotosu

Zahid Xəlilov 23 ünvanında yerləşən “Maydonoz Döner” restoranının fotosu

Hazırda Bakıda fəaliyyət göstərən “Maydonoz Döner” restoranlarının bu əməliyyata daxil olub-olunmayacağı bilinmir.

  • Related Posts

    Azərbaycanda narkotik asılılığı olan qadınların sayı açıqlandı

    Narkotik vasitələrin istifadəsi ilkin mərhələdə gizli saxlanılsa da, zaman keçdikcə bəzi əlamətlərlə özünü büruzə verir. Bu əlamətlər arasında yuxusuzluq, əsəbilik, sürətli arıqlama və davranışda lənglik xüsusilə nəzərə çarpır. 01.05.2025 tarixinə…

    Gəncə və Bərdə hücumları: Ermənistanın cinayətləri ifşa olunur

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik