Fitrə zəkatını kimlər və nə qədər VERMƏLİDİR…

Ramazanda kimlərin fitrə çıxarmaması günah sayılmır?

Ramazan ayında hər bir maddi imkanı yerində olan, gündəlik qida tələblərini qarşılaya bilən müsəlmanın fitrə zəkatı verməsi vacib sayılır. Fitrənin əsas məqsədi, ehtiyacı olan insanlara az da olsa, maddi dəstək göstərməkdir. Həmçinin, fitrə orucun qəbul olunması və insanların bayram sevincini bölüşməsində böyük rolu var.

Din xadimləri deyir ki, fitrə bayram namazından əvvəl verilməlidir.

İlahiyyatçı Ağa Hacıbəyli mövzu ilə bağlı Modern.az-a bildirib ki, bayram namazı peyğəmbərimizin dövründən , onun ilə bərabər təqribən 9 il qılınan namazdır.

“Hələ qədimdən, qəlbində Allah sevgisi və inamı olan hər kəs bu namazda iştirak edərdi. Hətta məkan olaraq, məsciddən böyük yerlər seçilirdi. Sonra isə, qadınlar və kişilər sıraya düzülərək, dualarını edərdilər. Bunun da əsas mənası, həmrəyliyin dində düzgün ifadəsini formalaşdırmaq idi. Hazırda isə, paytaxtda və bölgələrdə məscidlər vardır. Əvvəl isə, hər kəsin məscidə getməsi mümkün deyildi”.

İlahiyyatçı söyləyib ki, fitrə məhz Ramazan ayına məxsus ibadətdir:

“Allah-Rəsulu buyurub ki, tutulan oruclar səmadan asılı vəziyyətdədir. Onların Allah dərgahına yüksəlməsi üçün, fitrə sədəqəsi çıxarılmalıdır. Mənası isə, zəngin şəxsin yoxsula etdiyi maddi yardımdır. Fitrə bayramdan öncə( bayram namazından bir gün əvvəlki gecə) verilməlidir. Elə şəxslər var ki, ay boyunca, sədəqəsini çıxarsın. Lakin ən gözəl vaxtı ay sonu sayılır”.

Ağa Hacıbəyli bildirib ki, Tövbə surəsinin, 60-cı ayəsində 8 qrup insan göstərilir ki, fitrənin bu şəxslərə verilməsi vacibdir.

“Həmin gün, cəmiyyətdə o cür insanlara yardım edilməsi həmrəyliyin də bir göstəricisi sayılır. Üstəlik, fitrəni verən şəxs, qarşı tərəfə onu hədiyyə və ya ikram olduğunu deməsi məsləhət görülür (fitrənin deyilməsi düzgün deyil). Bununla da, qarşı tərəfi əzməmək və utandırmamaq ön plana çıxarılır. Dində fitrə zəngin şəxslər ilə kasıblar arasında körpü rolunu oynayır”.

Din xadimi nəzərə çatdırıb ki, fitrə verilən məhsullar sırasında buğda, arpa, xurma, kişmiş kimi məhsulların olması fəzilət hesab edilir. Çəkisi isə, ən azı 3 kq olmalıdır. Qiymətinə gəldikdə isə, hər bir ailə öz üzvlərinə görə( adambaşına) 10-15 manat məbləğində sədəqə çıxarılmalıdır.

  • Related Posts

    Qazandığınız savablar ayağınızın altında nərdivana dönərək sizi zirvələrə qaldıracaq

    Qazandığınız savablar ayağınızın altında nərdivana dönərək sizi zirvələrə qaldıracaq Paşa Yaqub yazır: Peyğəmbərlə müqayisə olunmağı günah hesab edənlər yanlarında Peyğəmbərin arvadı (Aişə anamız) söyüləndə niyə səslərini çıxarmırlar görəsən? Hansı ki,…

    Vətəndaşın evini uçuran şirkətin icazəsi yox imiş – Rəsmi

    Yasamal rayonu, Alatava ərazisindəki söküntü işlərinin müvafiq icazə olmadan aparıldığı müəyyən olunub. Bu haqda Musavat.com-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib. Qeyd olunub ki, həmin ərazidə aparılan söküntü işləri ilə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik