Fransada bu şəxslərə hicab qadağan olundu

Fransada Dövlət Şurası vəkillərə olan hicab qadağasını təsdiqləyib.

Uluyol.info xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Dövlət Şurası Fransa Milli Vəkillər Kollegiyasının vəkillər üçün müxtəlif simvolların, o cümlədən hicabın qadağan edilməsi təklifini qəbul etməsinə edilən etirazları dəyərləndirib.

Şura etirazla bağlı qərarında vəkillik peşəsi ilə məşğul olanların vahid forma geymələrini tələb edərək fərqli simvollar taxmalarına olan qadağanı təsdiqləyib.

Şura həmçinin bütün vəkillərin geyim formasının onların müştərilərinin maraqlarını müdafiə etməkdən başqa hər hansı şəxsi üstünlükləri əks etdirməsinin qarşısını aldığını bildirib.

Son olaraq bunun “ədalətli məhkəmə araşdırması hüququ üçün zəruri şərt” olduğu qənaətinə gəlinib. publika.az

  • Related Posts

    Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib

    Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib, 4,5 mindən çox yaralı var… APA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. “Myanmada baş verən güclü…

    Pakistan liderinin səhhəti pisləşdi- Xəstəxanaya yerləşdirildi

    Pakistan Prezidenti Asif Əli Zərdarinin vəziyyəti pisləşib. Bu haqda Pakistan Xalq Partiyası məlumat yayıb. Qeyd olunub ki, Pakistan lideri Kəraçi şəhərindəki özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. “Express News”un məlumatına…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik