Fransız səfir: “Qarabağın Azərbaycanın ərazisi olması hələ 1991-ci ildə İrəvan tərəfindən tanınıb”

Fransanın Ermənistandakı səfiri Olivye Dekontini ötən gün bu ölkənin İctimai Televiziyasına müsahibə verib. Tribunainfo.az xəbər verir ki, fransız səfir bir çox məsələlərə, o cümlədən Azərbaycanla bağlı mövzulara da toxunub.

Dekontini deyib ki, Minsk Qrupunun buraxılması məsələsini əslində təkcə iki münaqişə tərəfi deyil, həmsədr ölkələr də həll etməlidirlər. Onun sözlərinə görə, həmsədr ölkələrinin hansı qərar verəcəyi bəlli deyil.

Fransız səfir Ermənistan-Fransa hərbi əməkdaşlıq məsələsinə də toxunub. O qeyd edib ki, bu istiqamətdə əlaqələr güclənib. Diplomat əlaqələrin üç istiqamətdə inkişaf edəcəyini də vurğulayıb. “Bu əlaqələrin üç əsas istiqaməti olacaq ki, onlardan birincisi Ermənistanın müdafiə avadanlığı ilə təmin olunmasıdır. İkinci istiqamət həm Ermənistanda, həm də Fransada erməni hərbi kadrlarının hazırlanmasıdır. Üçüncü istiqamət Ermənistan Müdafiə Nazirliyinə göstərilən məsləhət xidmətləridir ki, bu da ona Ermənistan ordusunda islahatlar aparmağa və gücləndirməyə imkan verəcək”.

Dekontini iddia edib ki, Azərbaycan Ermənistana qarşı hərbi vasitələrdən istifadə edə bilər. “Təbii ki, narahatlığa əsas var. Çünki sülh müqaviləsi olmadığı müddətdə silahlı qarşıdurma ehtimalı həmişə var”.

O bildirib ki, sərhəddə Avropa Müşahidə Missiyasının olmasının guya, Azərbaycana da xeyri var. “Azərbaycana da Azərbaycan tərəfində missiya yerləşdirmək təklif edilib, lakin Azərbaycan bundan imtina edib”.

Fransız səfir yekunda Qarabağın Ermənistan tərəfindən Azərbaycanın ərazisi olması məsələsinin Praqada tanınması mövzusuna da toxunub. “2022-ci ildə Praqada Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığını iddia edənlər yalan danışırlar. Çünki Alma-Ata bəyannaməsindən sonra Dağlıq Qarabağ Ermənistan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb”.

  • Related Posts

    Əkrəm İmamoğlunu o ƏVƏZ EDƏ BİLƏR – Adı AÇIQLANDI

    Əkrəm İmamoğlunun prezidentliyə namizədliyindən sonra İstanbulun yeni bələdiyyə sədrinin kim olması ilə bağlı aparılan sorğuda Beylikdüzü Bələdiyyə Başçısı M. Murat Çalık ən çox səs toplayıb. Musavat.com xəbər verir ki, bununla…

    Tramp Putinlə danışacaq: Zelenskini Ağ Evdə gözləyir

    ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Valdimir Putinlə danışacağını bildirib. Yenicag.az bu barədə “RİA”ya istinadən xəbər verir. Tramp ABŞ və Ukrayna heyətləri arasındakı görüşdən sonra bildirib ki, o, Ukrayna Prezidentini…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik