Ginekoloq sirləri açdı: “Baş həkim körpəni cihaza qoşmadı”

“Uşaq ölümünə görə ittiham olunan mama-ginekoloq Könül Xudatovanın məktubunu təqdim edirəm. Düşünürəm ki, aidiyyəti qurumlar bu vəziyyəti diqqətlə izləyəcək və ölüm hadisəsi əhatəli şəkildə araşdırılacaq. Qəribədir ki, Azərbaycandan başqa dünyanın heç bir yerində xəstəni əməliyyat edən və ya doğumu həyata keçirən həkim dərhal günahkar elan edilmir, ölümün səbəbi dəqiq araşdırılmalı və reanimasiya xidməti düzgün təşkil olunmalıdır. Əks halda heç kəs işini məsuliyyətlə görməz. Sonrakı məsul şəxslər – “əsas həkimi cavab verəcək”, – deyib xəstəyə etinasız yanaşar. Sadəcə, həkimin məktubunu oxuyun və görün, nələr baş verir”.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova paylaşım edib.

Doğuşdan sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Araz Usubov körpəni süni ventilyasiya aparatına qoşmayıb:

“Mən, “Tovuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin (PHŞ) Ginekologiya və doğum şöbəsinin həkim mama-ginekoloqu Könül Xudatova, 2023-cü ilin sonunadək “Saatlı RMX” PHŞ-nin Ginekologiya və doğum şöbəsinin müdiri və həkim mama-ginekoloqu vəzifəsində işləmişəm. Saatlıda 12 iyul 2023-cü il tarixdə hamilənin təkrar fizioloji, yəni təbii doğuşunu qəbul etmişəm. Doğuşdan bir müddət sonra körpədə tənəffüs çatışmazlığı olub. Mən dərhal xəstəxananın direktor müavini, baş həkim, ixtisasca neonatoloq (neonatoloq – yenidoğulmuşlarda baş verə biləcək xəstəliklərin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış həkim) olan Araz Usubovu dəvət edərək doğuşda iştirak etmiş və körpəni qəbul etmiş neonatoloq həkim İradə Hüseynovanın iştirakı ilə doğuşa yardım işinin təşkili, körpənin lazımdırsa, perinatal mərkəzə təxliyəsinin təmin olunması üçün konsilium təşkil etdim”.

“Lakin xəstəxanada küvəz və oksigenlə təchiz olunmuş yenidoğulmuşların intensiv terapiya palatası olsa da, baş həkim yenidoğulmuşda müvafiq müayinələrin aparılmasını təmin etməyib, xüsusi aparata (SPAP-a) qoşmayıb, küvəzə yerləşdirilmədən “doğuş zalında” 6 saat (binazal oksigen altında) saxlayıb. Bundan sonra körpənin vəziyyətinin daha da ağırlaşmasını görən baş həkim onu tibb bacısının qucağında Sabirabad RMX Perinatal Mərkəzinə təxliyə edib. Sabirabad RMX Perinatal Mərkəzində körpə ertəsi gün səhər saatlarına qədər küvəzə yerləşdirilməyib, ona heç bir diaqnostik müayinə aparılmadan yanlış “ürək qüsuru” diaqnozu qoyulub, süni ventilyasiya aparatına qoşulmayıb”, – deyə məktubda qeyd olunub.

  • Related Posts

    Qazandığınız savablar ayağınızın altında nərdivana dönərək sizi zirvələrə qaldıracaq

    Qazandığınız savablar ayağınızın altında nərdivana dönərək sizi zirvələrə qaldıracaq Paşa Yaqub yazır: Peyğəmbərlə müqayisə olunmağı günah hesab edənlər yanlarında Peyğəmbərin arvadı (Aişə anamız) söyüləndə niyə səslərini çıxarmırlar görəsən? Hansı ki,…

    Fitrə zəkatını kimlər və nə qədər VERMƏLİDİR…

    Ramazanda kimlərin fitrə çıxarmaması günah sayılmır? Ramazan ayında hər bir maddi imkanı yerində olan, gündəlik qida tələblərini qarşılaya bilən müsəlmanın fitrə zəkatı verməsi vacib sayılır. Fitrənin əsas məqsədi, ehtiyacı olan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik