Həkimdən bəzək məqsədilə taxılan eynəklərlə bağlı XƏBƏRDARLIQ

Eynək dedikdə insanın ağlına ilk olaraq daha çox optik və yaxud gün eynəkləri gəlir. Ancaq eynəklərin müxtəlif növləri var. Son vaxtlar bəzək məqsədilə satılan şəffaf şüşəli eynəklərin istifadəsi daha da artıb. Hətta bəzi xarici onlayn alış-veriş platformalarında belə eynəklər 3-4 manata satılır.

Maraqlıdır ki, heç bir optik özəlliyi və yaxud qoruyuculuğu olmayan bu eynəklərin gözə ziyanı var?

Oftalmoloq Kəmalə Mustafazadə aksesuar məqsədilə taxılan bu eynəklər barədə bəzi xəbərdarlıqlar edib, önəmli məqamları açıqlayıb. O bildirib ki, bu eynəklərin gözə ziyanı olub-olmaması bəzi faktorlardan asılıdır:

“Şüşə keyfiyyətsiz və optik qüsurlu olarsa, gözləriniz yorular və baş ağrısı kimi problemlərə səbəb ola bilər. Həmişə optik dükanlardan və ya sertifikatlı istehsalçılardan alınmış keyfiyyətli eynəklərə üstünlük vermək lazımdır.

Gündəlik istifadə üçün nəzərdə tutulmuş eynəklər, xüsusilə açıq havada istifadə edilirsə, ultrabənövşəyi (UV) şüalardan qoruma təmin etməlidir. Çünki UV qorumasız eynəklər gözlərə ziyan verə bilər”.

Həkim qeyd edib ki, əgər eynəklərin şüşəsi optik keyfiyyət daşımırsa, yəni adi plastik materialdan hazırlanıbsa, görüntünü təhrif edə bilər. Bu, gözlərdə yorğunluq yaradır.

“Eynəklər üzünüzə rahat oturmalı və gözlərinizin təbii hərəkətinə mane olmamalıdır. Çox dar və ya ağır eynəklər narahatlıq yarada bilər”.

Bəs eynəyin bəzək məqsədilə taxılması düzgündürmü?

“Bəzək məqsədilə şüşə eynək taxmaq düzgündür və bu, şəxsi zövqə bağlıdır. Lakin bunun zərərsiz olması üçün keyfiyyətli şüşə materialından istifadə edilməlidir. Həmçinin gözlərdə yersiz təzyiq və ya əlavə işıq qırılmalarına səbəb olmamalıdır. Əgər gözləriniz həssasdırsa və ya artıq görmə problemləriniz varsa, uzun müddət belə eynək taxmaq məsləhət deyil”, – deyə oftalmoloq qeyd edib.

Kəmalə Mustafayeva sonda fikirlərini yekunlaşdırarkən deyib ki, belə eynəkləri təkcə gözəllik üçün deyil, həm də gözlərinizi zərərli təsirlərdən qorumaq üçün düzgün seçmək önəmlidir:

“Keyfiyyətli və təhlükəsiz məhsul seçimi hər zaman daha sağlamdır”.  (Bizim.Media)

  • Related Posts

    Bu içki ürəyinizi sağlam saxlayacaq

    Təbii məhsullarla hazırlanmış kokteyllər insan sağlamlığı üçün çox faydalıdır. Ürək qan-damar sistemini qoruyan kokteylin reseptini təqdim edirik. Ərzaqlar: 1 dəstə cəfəri 1 diş sarımsaq 2 xörək qaşğı limon suyu yarım…

    Davamlı qulaqlıq taxmağın dəhşətli fəsadları

    Müasir dövrdə qulaqlıq istifadə etmək əksər insanlar üçün adi bir vərdişə çevrilib. Xüsusilə gənclər uzun müddət qulaqlıq taxaraq musiqi dinləyir, film izləyir və ya telefon zənglərini qəbul edirlər. Lakin bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik