İmişlidəki qəzada 3 məktəbli həlak olmuşdu: Saxlanılan 14 nəfərin məhkəməsi başlayır

İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işləri üzrə məhkəmə prosesi başlayır.

Uluyol.info-nun “Report”a istinadən məlumatına görə, cinayət işi baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, yanvarın 18-də İmişlidə Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol qəzası baş verib. Belə ki, ərazidə xidmət aparan yol polisi avtomobilinin qarşısına qəflətən digər avtomobil çıxıb və qəza nəticəsində yol kənarında olan 3 məktəbli dünyasını dəyişib.

İstintaqla müəyyən olunub ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlı qohumuna məxsus olan avtomobili qanunsuz ələ keçirməklə qaçıraraq, sürücülük hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olub. Daha sonra qəzada xəsarət alan uşaqlardan biri də Bakıda müalicə olunduğu klinikada vəfat edib.

Həmçinin ittihama görə o, idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq hadisə yerindən qaçıb.

Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisədən sonra qəzaya səbəb olan avtomobili idarə edən şəxs, eləcə də qəzaya düşən Yol Patrul Xidməti avtomobilinə zərər vuraraq hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər saxlanılıblar.

Məhkəmənin qərarı ilə saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barələrində həbs qətimkan tədbiri seçilib.

Qəzaya düşən Yol Patrul Xidməti avtomobilinə zərər vuraraq hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

  • Related Posts

    Azərbaycanda sabiq nazirin ölkədən çıxışına qadağa qoyuldu – FOTO

    Azərbaycanın keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxşı məhdulaşdırılıb. Uluyol.info Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günayə Həşimova qətnamə çıxarıb. Rahim Hüseynovun ölkədən çıxışına “stop”…

    Həbsə gedən polkovnik susaraq kimləri qoruyub? – Sabiq rəisin işinin ŞOK TƏFƏRRÜATI

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanovun cinayət işində diqqət çəkən məqamlar var. Musavat.com xəbər verir ki, Seymur Qurbanov dələduzluqda və…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik