İqor Kşnyakinin ailəsi AZAL təyyarəsinin qəzaya uğradığı yerdə – VİDEO

AZAL-ın təyyarəsinin Aktau yaxınlığında faciəvi qəzaya uğramasından üç ay sonra təyyarə kapitanı İqor Kşnyakinin ailəsi faciə yerinə gədib.

Uluyol.info xəbər verir ki, mərhum pilotun həyat yoldaşı Yana Kşnyakinanın “1news.az”a verdiyi məlumata görə, bu, onların qəza yerinə ilk səfəridir.

Xanımı bildirib ki, kədərli gündə həlak olanların xatirəsini yad etmək onlar üçün vacib idi.

“Biz ailəlikcə fəlakət baş verən gün buranı ziyarət etmək üçün uçduq. Bu gün qəzadan üç ay keçir”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb. Ekipaj üzvləri – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyeva ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onlar ll Fəxri xiyabanda dəfn ediliblər.

  • Related Posts

    Azərbaycanda bu şəxslərə ictimai nəqliyyat pulsuz ola bilər

    Milli Məclisin deputatı Razi Nurullayev pensiyaçılara, tələbələrə və həssas kataqoriyadan olan şəxslərə ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını təklif edib. Qeyd edək ki, bir sıra inkişaf etmiş ölkələrdə ictimai nəqliyyatda ödənişlə…

    Əvəz Zeynallının azad edilməsi üçün məhkəməyə müraciət olundu

    Əvəz Zeynallının cəzadan azad edilməsi üçün məhkəməyə müraciət edillib. “Qafqazinfo” xəbər verir ki, bu barədə vəkili Rəşad Vaqifoğlu məlumat verib. Ərizə Nizami Rayon Məhkəməsinə təqdim edilib. Qeyd edək ki, məhkum…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik