00:00 · 08.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Bakıda sürücülərə təcili xəbərdarlıq – Bütün zolaqlarda sürət həddi dəyişdirildi!Demokratların qələbəsində Obama fenomeni həlledici olub?Xameneinin məktubu Putinə çatdırılıb – RezaiMəzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaqİsrail hərbçiləri 30 fələstinlini həbs edibQorxmaz Hüseynovun dövründə “Azərsu”da milyonluq mənimsəməQarabağ Zəfərinin 6-cı ildönümü Türkiyədə qeyd olunduMeşə adamı – Herman Hessenin hekayəsiBakıda torpaq sahələri bahalaşdıİran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmirOnlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şairXırdalanda 12 yaşlı uşaq itkin düşdüBakıda sürücülərə təcili xəbərdarlıq – Bütün zolaqlarda sürət həddi dəyişdirildi!Demokratların qələbəsində Obama fenomeni həlledici olub?Xameneinin məktubu Putinə çatdırılıb – RezaiMəzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaqİsrail hərbçiləri 30 fələstinlini həbs edibQorxmaz Hüseynovun dövründə “Azərsu”da milyonluq mənimsəməQarabağ Zəfərinin 6-cı ildönümü Türkiyədə qeyd olunduMeşə adamı – Herman Hessenin hekayəsiBakıda torpaq sahələri bahalaşdıİran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmirOnlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şairXırdalanda 12 yaşlı uşaq itkin düşdü
Dünya

İran Hörmüz boğazına yaxınlaşan Avropa gəmilərini qanuni hədəf elan edib

Uluyol.info xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Hörmüz boğazına yaxınlaşacaq Avropa gəmilərinin İran ordusu üçün “qanuni hədəf” sayılacağını bəyan edib.

“Hörmüz boğazına yaxınlaşmaq istəyən istənilən Avropa gəmisi qanuni hədəfdir”, deyə nazir müavini bildirib.

Qəribabadi qeyd edib ki, Hörmüz boğazı artıq İranın milli təhlükəsizliyinin bir hissəsinə çevrilib və ölkənin mühüm müdafiə potensialını təşkil edir.

Onun sözlərinə görə, boğaz İranın müharibədə əldə etdiyi uğurun əsas göstəricilərindən biridir və burada görülən tədbirlər ölkənin təhlükəsizliyinə uzunmüddətli təsir göstərəcək.

“Əgər Hörmüz boğazındakı vəziyyət əvvəlki vəziyyətinə qayıtsa, müharibədə qazandığımız uğur tam olmayacaq”, – deyə Qəribabadi vurğulayıb.