İş yerində hansı musiqiyə qulaq asmaq faydalıdır? – Alimlər açıqladı

Müəyyən musiqi janrları iş qabiliyyətini artırır və yaradıcılığa töhfə verir. Alimlər bildirirlər ki, musiqi təkcə emosional vəziyyətə deyil, həm də zehni fəaliyyətə və məhsuldarlığa müsbət təsir göstərir.

Qayanrinfo-nun Inc.com portalına istinadən məlumatına görə, neyrobioloq Daniel Levitinin 30 min nəfərin iştirakı ilə keçirdiyi tədqiqat göstərib ki, evdə musiqi dinləyən insanlar 11 faiz daha xoşbəxt, 24 faiz isə daha az əsəbi olurlar.

Məhsuldarlıq üçün musiqi

Alimlərin tövsiyəsi sadədir: məhsuldarlığı artırmaq üçün sevdiyiniz musiqini dinləyin.

Tədqiqatlar göstərir ki, ofislərdə işçilərin zövqünə uyğun olmayan musiqi səsləndikdə, onlar daha zəif işləyir və mənəvi yorğunluq hiss edirlər.

Yaradıcılıq üçün musiqi

Psixoloq Emma Qrey yaradıcılıq üçün ən uyğun musiqi tempinin 50-80 döyüntü/dəqiqə arasında olduğunu bildirib. Bu cür musiqi beyin üçün alfa vəziyyətini yaradır – insan sakit, lakin diqqətli olur, təsəvvür gücü artır və konsentrasiya yüksəlir. Bu kateqoriyaya “Gangsta’s Paradise” (Coolio) və “Firework” (Katy Perry) kimi mahnılar daxildir.

Əhval üçün musiqi

Musiqinin insanın psixi sağlamlığına təsirini analiz edən niderlandlı nevroloq Yakob Yolyə görə, xoşbəxtlik hissi yaradan musiqilər əsasən sürətli (140–150 döyüntü/dəqiqə), majorda bəstələnmiş və ya sevinc dolu hadisələrdən bəhs edən mahnılardır. Məlum olub ki, bu cür musiqilər dinləyicilərdə müsbət emosiyalar doğurur.

Zehni fəaliyyət üçün musiqi

Əgər mürəkkəb bir mövzunu öyrənməyə çalışırsınızsa, tədqiqatlar göstərir ki, ən yaxşı seçim səssizlikdir. Musiqi, xüsusilə sözlü olanlar, diqqəti yayındırır. Guardian qəzetinə əsasən, sakit mühitdə hazırlıq görən tələbələr musiqi fonunda çalışan həmyaşıdlarına nisbətən imtahanda 60 faiz daha yaxşı nəticə göstəriblər.

Əgər mütləq fona musiqi ehtiyacı hiss edirsinizsə, sözsüz instrumental musiqi seçmək tövsiyə olunur.

Aydın, qaynarinfo.az

  • Related Posts

    Biləsuvarda iki nəfəri ildırım vurması cəmiyyətimizə bu mesajı verir – Maraqlı hesablama

    “Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib Allah barəsində mübahisə edənləri vurar. Allahın cəzası şiddətlidir! (Allah yenilməz qüvvət sahibidir!)”. Quran,…

    Məzahir Pənahovun daha bir dairə sədrinin milyonluq obyekti: QƏDİR KƏRİMOV KİMDİR?

    Bu günlərdə MSK sədri Məzahir Pənahovun ətrafında qalmaqal səngimək bilmir. Belə ki, Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyib. Daha sonra məlumat yayıldı ki, Məhəmməd…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik