İsmayıllıda cümə axşamları ləğv edilib?

İsmayıllı rayonu və kəndlərində yas mərasimlərində cümə axşamlarının ləğv olunduğu deyilir.

Məsələ ilə bağlı Oxu.Az İsmayıllı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlara işin təşkilatçısı Nəsimi Teymurov açıqlamasında bildirib ki, cümə axşamlarının ləğv olunması ilə bağlı söylənilənlər həqiqəti əks etdirmir:

“İsmayıllı rayonunun ağsaqqalları, ziyalıları yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı İcra Hakimiyyətinə müraciət ediblər. Onların müraciətləri nəzərə alınaraq rayon sakinlərinə tövsiyələr verilib. Bu tövsiyələr yas mərasimlərinin şəriət qaydalarına uyğun olaraq sadə formada keçirilməsi ilə bağlıdır. Burada əsas məsələ imkanlı və imkansız ailələr arasında fərqin aradan qaldırılması, yas sahibi olan ailənin əlavə maddi yükdən azad edilməsidir. Əhaliyə yas mərasimlərində vahid tərzdə çadır qurulması, yas süfrəsində yalnız çayın verilməsi tövsiyə edilir. Bu tövsiyə dini dəyərlərə uyğun olaraq israfın qarşısını almağa, cəmiyyət arasında sosial həmrəyliyi artırmağa yönəlib və sosial ədalət prinsipi daşıyır. Məqsəd həmrəy olmaq, qarşılıqlı hörməti artırmaqdır. Bizim bu tövsiyə xarakterli istəyimizi insanlar rəğbətlə qarşılayır, yas mərasimlərini dini dəyərlərə uyğun keçirirlər”.

  • Related Posts

    Azərbaycanda sabiq nazirin ölkədən çıxışına qadağa qoyuldu – FOTO

    Azərbaycanın keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxşı məhdulaşdırılıb. Uluyol.info Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günayə Həşimova qətnamə çıxarıb. Rahim Hüseynovun ölkədən çıxışına “stop”…

    Həbsə gedən polkovnik susaraq kimləri qoruyub? – Sabiq rəisin işinin ŞOK TƏFƏRRÜATI

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanovun cinayət işində diqqət çəkən məqamlar var. Musavat.com xəbər verir ki, Seymur Qurbanov dələduzluqda və…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik