00:00 · 15.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Neftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaqNeftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaq
Gündəm

İsraildə “ölüm-qalım savaşı” başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!

İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələri ölkədə siyasi vəziyyəti daha da mürəkkəbləşdirib.

Musavat.com xəbər verir ki, səslərin 85,6 faizinin hesablanması nəticəsində Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok 53, Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalifət bloku isə 48 mandat əldə edir. Fələstinli ərəblərin üstünlük təşkil etdiyi partiyaların ümumilikdə 19 mandat qazanacağı gözlənilir.

120 yerlik Knessetdə hökumət qurmaq üçün ən azı 61 deputatın dəstəyi tələb olunur.

İsrail mətbuatının məlumatına görə, müxalifət ərəb partiyalarının dəstəyi ilə azlıq hökuməti formalaşdırmaq imkanını nəzərdən keçirə bilər. Bu halda ərəb partiyaları hökumətin tərkibinə daxil olmadan ona parlamentdə dəstək verə bilərlər.

Ərəb partiyaları ilə razılıq əldə olunmayacağı təqdirdə isə yenidən seçkilərin keçirilməsi və ya Netanyahu ilə milli birlik hökumətinin yaradılması variantları gündəmə gələ bilər.

Bu arada Netanyahu ərəb partiyalarını qanunsuz proqram təminatından istifadə edərək səsləri oğurlamaqda ittiham edib və araşdırma aparılmasını tələb edib.

İsrail Prezidenti İshaq Hersoq siyasi qüvvələri yeni seçkilərdən yayınmağa və koalisiya danışıqlarına açıq yanaşmağa çağırıb.

Ərəb partiyalarının nümayəndələri isə Netanyahu hökumətinin hakimiyyətdən uzaqlaşdırılmasına dəstək verməyə hazır olduqlarını bildiriblər. Demokratlar Partiyasının lideri Yair Qolan da ərəb partiyaları ilə əməkdaşlıq əsasında yeni hökumət qurulması imkanından danışıb.

Seçki Komissiyasının rəsmisi Elad Naveh bildirib ki, 500 mindən çox xüsusi bülletenin hesablanmasına oktyabrın 28-i axşam başlanacaq. Sayımın oktyabrın 29-u axşam başa çatması gözlənilir. Bununla belə, prosesin oktyabrın 30-dək uzanması istisna edilmir.