İsrailin casus proqramı ilə jurnalist və fəalların “WhatsApp”ını sındırmaq istəyiblər

“WhatsApp”dan verilən açıqlamada deyilir ki, şirkət insanların şəxsi ünsiyyət imkanlarını qorumağa davam edəcək
90-a yaxın jurnalist və vətəndaş cəmiyyəti üzvlərinin “WhatsApp”ını sındırmaq istəyiblər.
Meta şirkətinə məxsus “WhatsApp” mesencerinin rəsmisi “Reuters”ə bildirib ki, hücum 2024-cü ilin sonlarında İsrailin “Paragon Solutions” casus proqramı tərəfindən edilib.
Rəsmi şəxs konkret olaraq kimlərin hədəfə alındığını və ya coğrafi olaraq harada yerləşdiklərini söyləməyib.
O, hədəfə alınan şəxslərin jurnalist və vətəndaş cəmiyyəti üzvləri olduğunu qeyd etməklə kifayətlənib.
Rəsmi nümayəndə bildirib ki, məsələ ilə əlaqədar “Paragon Solutions”a xəbərdarlıq məktubu göndərilib.
“Paragon Solutions” isə şərh verməkdən imtina edib.
“WhatsApp”dan verilən açıqlamada deyilir ki, şirkət insanların şəxsi ünsiyyət imkanlarını qorumağa davam edəcək.
2021-ci il iyulun 18-də Fransanın “Forbidden stories” qeyri-hökumət təşkilatı və dünya üzrə 17 KİV bir sıra ölkələrdə İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanmış “Pegasus” proqramı vasitəsilə siyasətçilərin, jurnalist və fəalların izlənildiyini bildirib.
“Pegasus”un illərdir azərbaycanlı jurnalist və fəalları da izlədiyi məlum olub.
  • Related Posts

    Gülnara Kərimovaya məxsus daha 182 milyon dolların aqibəti BİLİNDİ

    İsveçrə hökuməti Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın müsadirə edilmiş aktivlərindən təxminən 182 milyon dolların Daşkəndə qaytarılmasına dair qərar qəbul edib. Musavat.com Özbəkistan Ədliyyə Nazirliyinə istinadən xəbər verir…

    Qubernator qədim mətnin deşifrə edilməsi üçün 1 milyon dollar təklif edir

    Hindistanın Tamilnad ştatının qubernatoru Hind vadisi sivilizasiyasına aid qədim yazının oxunmasını bacaran şəxsə 1 milyon dollar mükafat vəd edib. Qaynarinfo bu barədə “Good News Network”a istinadən xəbər verir. Hindistan və…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik