İsrailin casus proqramı ilə jurnalist və fəalların “WhatsApp”ını sındırmaq istəyiblər

“WhatsApp”dan verilən açıqlamada deyilir ki, şirkət insanların şəxsi ünsiyyət imkanlarını qorumağa davam edəcək
90-a yaxın jurnalist və vətəndaş cəmiyyəti üzvlərinin “WhatsApp”ını sındırmaq istəyiblər.
Meta şirkətinə məxsus “WhatsApp” mesencerinin rəsmisi “Reuters”ə bildirib ki, hücum 2024-cü ilin sonlarında İsrailin “Paragon Solutions” casus proqramı tərəfindən edilib.
Rəsmi şəxs konkret olaraq kimlərin hədəfə alındığını və ya coğrafi olaraq harada yerləşdiklərini söyləməyib.
O, hədəfə alınan şəxslərin jurnalist və vətəndaş cəmiyyəti üzvləri olduğunu qeyd etməklə kifayətlənib.
Rəsmi nümayəndə bildirib ki, məsələ ilə əlaqədar “Paragon Solutions”a xəbərdarlıq məktubu göndərilib.
“Paragon Solutions” isə şərh verməkdən imtina edib.
“WhatsApp”dan verilən açıqlamada deyilir ki, şirkət insanların şəxsi ünsiyyət imkanlarını qorumağa davam edəcək.
2021-ci il iyulun 18-də Fransanın “Forbidden stories” qeyri-hökumət təşkilatı və dünya üzrə 17 KİV bir sıra ölkələrdə İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanmış “Pegasus” proqramı vasitəsilə siyasətçilərin, jurnalist və fəalların izlənildiyini bildirib.
“Pegasus”un illərdir azərbaycanlı jurnalist və fəalları da izlədiyi məlum olub.
  • Related Posts

    Bu telefonlar internetə pulsuz qoşulacaq – SİYAHI

    İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış “Starlink” peyk şəbəkəsi sayəsində bəzi smartfonlar 2025-ci ilin iyul ayından etibarən kosmosdakı “Starlink” peyklərinə birbaşa qoşula biləcək. Bu sayədə istifadəçilər baza stansiyalarına ehtiyac olmadan…

    İş yerində hansı musiqiyə qulaq asmaq faydalıdır? – Alimlər açıqladı

    Müəyyən musiqi janrları iş qabiliyyətini artırır və yaradıcılığa töhfə verir. Alimlər bildirirlər ki, musiqi təkcə emosional vəziyyətə deyil, həm də zehni fəaliyyətə və məhsuldarlığa müsbət təsir göstərir. Qayanrinfo-nun Inc.com portalına…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik