00:00 · 15.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Neftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaqNeftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaq
Dünya

İsveç Rusiya xokkeyçilərinin turnirlərdə iştirakına qarşıdır

İsveç Hokkey Federasiyası İdman Arbitraj Məhkəməsinin (CAS) Beynəlxalq Hokkey Federasiyasının (IIHF) Rusiya milli komandalarının beynəlxalq turnirlərdə iştirak etməsinə icazə vermək qərarını tənqid edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.

İsveç tərəfi Rusiyanın hazırkı vəziyyətdə iştirakına qadağa qoymaqla bağlı əvvəlki mövqeyini qoruduğunu bildirib. İsveç Hokkey Federasiyasının sədri Anders Larsson vurğulayıb ki, İsveç hokkeyi CAS-ın hökmündən “son dərəcə məyusdur” və bu məsələ ilə bağlı mövqeyini dəyişməyib.

Larsson hesab edir ki, Rusiya hazırkı şəraitdə beynəlxalq turnirlərdə iştirak edə bilməz. O, İsveçin bu mövqeyi beynəlxalq forumlarda davamlı olaraq təbliğ etdiyini və hər mövsümdən əvvəl IIHF qərarlarını dəstəklədiyini xatırladıb.

CAS qərarı Rusiya komandalarının 2026/27 mövsümündə iştirakını məhdudlaşdıran beş IIHF Şurasının qətnaməsini ləğv edib. Qərar 2027-ci il kişilər və qadınlar arasında dünya çempionatına, gənclər arasında dünya çempionatına və 18 yaşa qədər kişilər və qadınlar arasında yeniyetmələr arasında çempionata şamil edilir.