Jurnalistdən şikayət: “İki gündür internetsiz qalmışıq” – “Aztelekom”da nə baş verir?

Aztelekom istifadəçisi, jurnalist İmran Kərimli iki gündür internetsiz qalıb. O, bu barədə öz sosial media hesabında paylaşım edib. Bildirib ki, artıq ikinci gündür evdə internet xidməti göstərilmir. Bu müddət ərzində dəfələrlə “Aztelekom”un 170 Çağrı Mərkəzinə müraciət etsə də, problem həll olunmayıb.

Uluyol.info xəbər verir ki, şikayətçi bu halların artıq dəfələrlə təkrarlandığını bildirib.

“Deyirlər ki, müraciətiniz qeydə alınıb, amma heç bir tədbir görülmür. Bu hallar dəfələrlə baş verib və insanı bu provayderi seçdiyinə peşman edirlər. Günlərlə internet olmamasına baxmayaraq, nə kompensasiya, nə güzəşt, nə də üzrxahlıq edilir. Amma ödəniş vaxtı çatanda o saniyə xidməti dərhal kəsirlər”, – deyə o qeyd edib.

Şikayətçi əlavə edib ki, xidmət göstərilməməsinin səbəbi barədə heç bir izahat verilmir və texniki heyət hadisə yerinə baxış keçirmir:

“Çox adamın işi internetlə bağlıdır və bu, ciddi zərər və çətinlik yaradır. Əgər mən meqabayta görə ayrıca pul ödəyirəmsə, onda provayderə qoşulmağın nə mənası var? Sanki internet xidmətinə “Aztelekom” yox, başqa qalaktikadan hansısa qurum cavabdehdir. Danışanda deyirlər 5G, optik internet, yüksək texnologiya, amma ən sadə xidməti belə təmin edə bilmirlər”.

İmran Kərimli həmçinin, internet olmadığı halda məcburən dəfələrlə mobil telefonla çağrı mərkəzinə zəng etməli olduğunu, bunun üçün əlavə xərclər çəkdiyini vurğulayıb:

“Operatora bağlanmaq üçün uzun müddət musiqi dinləməli oluruq. Bizdə bir dənə də olsun sağlam sahə qalmayıb.”

Şikayətçi müasir dövrdə hər şeyin internetdən asılı olduğunu nəzərə alaraq, problemin tezliklə həll edilməsini tələb edir.

Qarşı tərəfi dinləməyə hazırıq.//tia.az

  • Related Posts

    “Azercell” gəlirlərini gizlətdi, hesabatı sildi – Araşdırma

    “Azercell Telekom” 2023 və 2024-cü illərə dair maliyyə hesabatlarını hələ də ictimaiyyətə təqdim etməyib. Bu azmış kimi daha əvvəl açıqladığı 1996–2022-ci illərə aid hesabatları da rəsmi saytından silib. Şirkət artıq…

    Saxta qızıllar satılır – DİQQƏTLİ olun – AÇIQLAMA

    Son illərdə zərgərlik bazarında etibarsızlıq getdikcə artır. İstər nişan, istərsə də adi hədiyyə məqsədilə alınan qızıl məmulatlarında saxtakarlıq halları alıcıların narahatlığına səbəb olur. Vətəndaşlar öz əmanətlərini dəyərli metal olaraq qorumağa…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik