Kartof sürətlə bahalaşır: Səbəb nədir?

Son günlər bazar və marketlərdə kartofun qiyməti durmadan artmaqdadır. 10 gün bundan əvvəl bir kilosu 80-90 qəpiyə satılan kartof indi alıcılara 1,40- 1,50 manata təklif olunur. Satıcılar qarşıdakı həftədə də kartofun qiymətində artım müşahidə ediləcəyini bildirirlər.

Bəs bunun səbəbi nədir?

Sabiq deputat, iqtisadçı Əli Əlirzayev Qaynarinfo-ya açıqlamasında kartofun qiymət artımını idxalla əlaqəli olduğunu vurğulayıb:

“Bu gün ölkədə satılan kartof əsasən xaricdən idxal olunur. Qiymətin qalxmasının birinci səbəbi də bununla bağlıdır. Azərbaycana xaricdən gətirilən bütün məhsulların qiyməti artır və artmaqda davam edəcək. Xaricdən gətirilən məhsullar monopoliyadadır, gətirirlər və istədikləri qiyməti təyin edirlər. Qiymətin qalxması təbii prosesdir, dünyada gedən proseslər qiymətlərə təsir edir”.

Ekspert bunun qarşısını almaq üçün tədbirlər planının az olduğunu bildirib:

“Qiymətin enməsi birbaşa kartof istehsalının artmasından asılıdır. Məhsul çox olmalı, bazara təzə kartof çıxmalıdır. Bundan əlavə, bazarın tənzimləmə siyasəti olmalıdır. Bu da son zamanlar bazarlarda yoxdur. Bazar iqtisadiyyatı o demək deyil ki, kim necə istəyir elə də satsın. İstehsalçı məhsulunu satır, amma bazara ondan 2 dəfə baha gəlib çıxır. Bazarlarda inhisarçılıq mövcuddur. Bəzən də bunu nəqliyyat xərcləri ilə bağlayırlar”.

Əli Əlirzayev Azərbaycanda kartofun saxlanması şəratinin çətin olduğunu bildirib:

“Karof anbarlarda saxlanılmalıdır. Bu gün demək olar ki, belə anbarlar yox dərəcəsindədir”.

  • Related Posts

    19,7 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib

    Ötən il Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Baş Prokurorluğun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına, vətəndaş müraciətlərinə əsasən ümümilikdə 100 nəzarət obyektində aparılmış nəzarət tədbirləri ilə 19,7 milyon manat…

    Avtomobil gətirənlərin nəzərinə: Gömrükdə terminal haqqı artırıldı

    Xarici ölkələrdən gətirilən və gömrük terminalına daxil olan avtomobillər üçün ödənilən terminal haqqı artırılıb. Uluyol.info oxu.az-a istinadən xəbər verir ki, terminal haqqı 200 manatdan 300 manata qaldırılıb. Məlumatda qeyd olunub…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu

    Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı