00:00 · 08.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Bakıda sürücülərə təcili xəbərdarlıq – Bütün zolaqlarda sürət həddi dəyişdirildi!Demokratların qələbəsində Obama fenomeni həlledici olub?Xameneinin məktubu Putinə çatdırılıb – RezaiMəzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaqİsrail hərbçiləri 30 fələstinlini həbs edibQorxmaz Hüseynovun dövründə “Azərsu”da milyonluq mənimsəməQarabağ Zəfərinin 6-cı ildönümü Türkiyədə qeyd olunduMeşə adamı – Herman Hessenin hekayəsiBakıda torpaq sahələri bahalaşdıİran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmirOnlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şairXırdalanda 12 yaşlı uşaq itkin düşdüBakıda sürücülərə təcili xəbərdarlıq – Bütün zolaqlarda sürət həddi dəyişdirildi!Demokratların qələbəsində Obama fenomeni həlledici olub?Xameneinin məktubu Putinə çatdırılıb – RezaiMəzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaqİsrail hərbçiləri 30 fələstinlini həbs edibQorxmaz Hüseynovun dövründə “Azərsu”da milyonluq mənimsəməQarabağ Zəfərinin 6-cı ildönümü Türkiyədə qeyd olunduMeşə adamı – Herman Hessenin hekayəsiBakıda torpaq sahələri bahalaşdıİran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmirOnlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şairXırdalanda 12 yaşlı uşaq itkin düşdü
İdman

Lionel Messi 17-ci dəfə “Qızıl top”a namizəd oldu

Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi “Qızıl top” mükafatına namizədlər siyahısına daxil edilib.

Oxu.Az xəbər verir ki, 39 yaşlı futbolçunun adı “France Football” tərəfindən açıqlanan siyahıda yer alıb.

Messi 2025/26 mövsümündə “İnter Mayami” ilə MLS Kubokunu qazanıb. Argentinalı ulduz mövsüm ərzində 49 oyunda 43 qol vurub və 26 məhsuldar ötürmə edib.

Milli komanda səviyyəsində də uğurlu çıxış edən Messi Argentina yığması ilə dünya çempionatının finalına qədər irəliləməyi bacarıb. Həlledici görüşdə əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə uduzan komandasının heyətində o, mundialı səkkiz qol və dörd məhsuldar ötürmə ilə tamamlayıb. Bu turnirdən sonra 39 yaşlı futbolçu Argentina yığmasındakı beynəlxalq karyerasına rəsmən son qoyub.

Bununla Messi “Qızıl top”a 17-ci dəfə namizəd göstərilib. O, bu göstəriciyə görə yalnız 18 dəfə namizəd olan Kriştianu Ronaldudan geri qalır.

Qeyd edək ki, Lionel Messi 8 dəfə “Qızıl top” qazanaraq mükafatın tarixində rekordçudur. 2026-cı il mükafatının qalibi oktyabrın 26-da Londonda keçiriləcək təqdimetmə mərasimində bəlli olacaq.