Məhərrəm ayı bu tarixdə başlayacaq -TƏQVİM

  • Islam
  • May 26, 2025
  • 0 Comments

Azərbaycanda 2025-ci ildə Məhərrəm ayı iyunun 26-da başlayacaq.

Bu barədə Uluyol.info Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) rəsmi təqviminə istinadən xəbər verir.

İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.

Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm – İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür və bütün müsəlman aləmində matəm və hüzn içində yad edilir.

Qeyd edək ki, 2025-ci ildə Məhərrəm ayı iyulun 25-də başa çatacaq. Bu müddət ərzində bir çox bölgələrdə dini mərasimlər, ehsanlar, maarifləndirici moizələr və anım tədbirləri təşkil edilir. Əksər məscidlərdə isə Kərbəla şəhidləri ilə bağlı dualar oxunur, İmam Hüseynin fədakarlığı və ədalət uğrunda apardığı mübarizədən bəhs edilir.

Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən Məhərrəm ayı müddətində dini mərasimlərin dini-etnik harmoniyaya uyğun, qanunvericilik çərçivəsində və ictimai asayişi pozmadan keçirilməsi tövsiyə olunur.

  • Related Posts

    • Islam
    • Mart 31, 2025
    • 108 views
    Həccə getmək istəyənlərin NƏZƏRİNƏ: Müddət uzadıldı

    Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb. Bu barədə Oxu.Az-un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.…

    • Islam
    • Mart 28, 2025
    • 120 views
    Ramazan ayının 29-cu gününün duası: İmsak və iftar vaxtı

    Martın 29-da Ramazan ayının iyirmi doqquzuncu günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 05:02-də, iftar isə saat 19:17-dədir. Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik