Məşhur “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bakıda fəaliyyət göstərən məşhur “MY SHOPS” MMC şirkətinin satış müdiri külli miqdarda dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib.

Musavat.com-un əldə etdiyi məlumata görə, satış müdiri MMC adından başqa bir şirkətdən 50 ədəd “Playstation” markalı oyun konsolu və aksesuarını sifariş verib. Bu sifarişdən “MY SHOPS” MMC-nin rəhbərliyinin xəbəri olmayıb.

Rüfət adlı satış müdiri həmin sifarişi “ABC Telecom” MMC-dən edibmiş. Sifariş edilən məhsulları əldə etdikdən sonra sataraq pulunu ələ keçirib. “ABC Telecom” ödənişi tələb edən zaman işin üstü açılıb.

İstintaqla müəyyən edilib ki, Rüfət daha iki nəfərdən Malayziyadan “Playstation” sifariş etmək adı ilə pul alıb. İstintaq dövründə həmin şəxslərin pulunu geri qaytarıb.

Rüfətə qarşı irəli sürülmüş əsas ittiham “ABC Telecom” MMC-dən sifariş edilən 57 min manat dəyərindəki 50 ədəd “Playstation”la bağlı olub.

“ABC Telecom” ödənişi tələb edən zaman “MY SHOPS” MMC bundan xəbər tutub.

Rüfət aldığı “Playstation” və avadanlıqları sataraq pulu nağdlaşdırsa da, “ABC Telecom”a ödəniş etməyib. Sonradan “ABC Telecom”a gedərək borc müqaviləsi bağlamağı, pulu hissə-hissə ödəməyi təklif edib. Lakin MMC bununla razılaşmayıb və Rüfət barəsində cinayət işi açılıb.

İstintaq dövründə Rüfət dəymiş zərəri tam olaraq ödəyib. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, kllli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunan Rüfət məhkəmənin hökmü ilə şərti cəza alıb.

Qeyd edək ki, “MY SHOPS” Dubayda (BƏƏ) fəaliyyət göstərən “My Shops General Trading LLC” şirkətinin törəməsidir. “MY SHOPS” MMC həmçinin “Apple” şirkətinin Azərbaycanda səlahiyyətli reselleri, “Xiaomi” şirkətinin səlahiyyətli reselleri, “Vertu”nun eksklüziv distribyutorudur.

İ.Muradov
Musavat.com

  • Related Posts

    FHN-dən Füzuli Ələkbərova 16 min manatlıq sifariş

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi “İmprotex Motors” şirkəti satınalma müqaviləsi imzalayıb. Qaynarinfo xəbər verir ki, müqavilədə “BMW 750E”markalı nəqliyyat vasitəsi üçün təmir və texniki servis xidmətlərinin satın alınması…

    Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? – SİYAHI

    Bu ilin ilk 6 ayında Bakı metrosundan 111 milyondan çox sərnişin istifadə edib. AzFakt.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, ən çox sərnişin may…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik