
Mədəniyyət Nazirliyinin Əsaslı Tikinti və Təchizat MMC-si yeni tenderini keçirib və nəticələrini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, MMC Azərbaycan Milli İncəsənət Müzeyində asma tavanının bərpası işlərini həyata keçirəcək.
Məlumatda deyilir ki, “AZSUR GROUP” MMC tenderin qalibi olub və şirkətlə nazirlik arasında 86 min 712 manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, “Azsur Group”un haqqında açıq mənbələrdə geniş məlumat yoxdur. Şirkətin rəsmi səhifəsi olsa da, orada qanuni təmsilçisi barədə heç bir məlumat verilmir.