Metyu Brayza: “Minsk Qrupunun artıq heç bir rolu qalmayıb

“Minsk Qrupunun artıq heç bir rolu qalmayıb”.

Bunu APA-ya açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.

Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və sülh üçün Ermənistan konstitusiyasının dəyişməli olduğunu deyən sabiq səfir, Minsk qrupuna da ehtiyacın qalmadığını qeyd edib.

“Çünki Azərbaycan və Ermənistan öz aralarında danışıqlar aparmaq qərarına gəldikdə, artıq vasitəçilərə ehtiyac yox idi və onlar sülh müqaviləsi imzalamağa yaxındırlar. Belə olan halda, əlbəttə ki, Minsk Qrupuna ehtiyac yoxdur”.

Metyu Brayza əlavə edib ki, həmçinin Tramp administrasiyasının da iki ölkə arasında vasitəçiliyinə ehtiyac qalmayıb. Çünki hər iki ölkə vasitəçi olmadan sülhə daha çox yaxınlaşır.

“Əgər Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamaq üzrədirsə, ABŞ-ın və ya başqa bir ölkənin vasitəçiliyinə ehtiyac yoxdur. Mən ümid edirəm ki, onlar sülh müqaviləsini imzalayacaqlar. Bildiyimiz kimi, razılaşma mətni artıq yekunlaşmaq üzrədir və indi əsas məsələ Ermənistanın konstitusiyasını Azərbaycanın tələbinə uyğun dəyişdirilməsidir. Mənə elə gəlir ki, bu baş verəcək. Təbii ki, əgər Baş nazir Nikol Paşinyanın siyasi rəqibləri qeyri-qanuni hərəkətə əl atmazlarsa. Hamımız xatırlayırıq ki, 1999-cu ilin oktyabrında da Ermənistan və Azərbaycan Minsk Qrupunun səyləri nəticəsində sülhə yaxın idilər, lakin sülhün əleyhdarları Ermənistanın baş nazirini və parlament sədrini qətlə yetirdilər”, – deyə Brayza əlavə edib.

  • Related Posts

    ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz – Moskvadan RƏSMİ MÖVQE

    MOBİL VERSİYA ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz – Moskvadan RƏSMİ MÖVQE 400 20.03.2025 22:02 A A ATƏT-in Minsk Qrupu (Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə) bütün institutları ilə beynəlxalq…

    Ararat Mirzoyan: “Qərbi Azərbaycan tələbi Ermənistana torpaq iddiasıdır”

    “Azərbaycanın Qərbi Azərbaycan iddiasında suveren Ermənistan Respublikasına qarşı ərazi iddiaları yer alır”. Tribunainfo.az bildirir ki, bu sözləri Ermənistanın XİN başçısı Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, rəsmi Bakı Qərbi Azərbaycana…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik