“Millennium” dondurma istehsalçısı cərimələnə bilər – SƏBƏB

“Millennium” markalı dondurma istehsalçısı “Rich S.A” MMC şirkəti ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, şirkətin İnzibati Xətalar Məcəəlləsinin 469.3-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şirkətlə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 7 iyul tarixində hakim Vüsal Tağıyevin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, cərimələnməsi gözlənilən dondurma şirkəti “Rich S.A” MMC məşhur “Millennium” markalı dondurmanın istehsalçısıdır. “RICH S.A” şirkətinin direktoru Əvəz Səfərlidir.

Qarşı tərəfi dinləməyə hazırıq.

  • Related Posts

    FHN-dən Füzuli Ələkbərova 16 min manatlıq sifariş

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi “İmprotex Motors” şirkəti satınalma müqaviləsi imzalayıb. Qaynarinfo xəbər verir ki, müqavilədə “BMW 750E”markalı nəqliyyat vasitəsi üçün təmir və texniki servis xidmətlərinin satın alınması…

    Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? – SİYAHI

    Bu ilin ilk 6 ayında Bakı metrosundan 111 milyondan çox sərnişin istifadə edib. AzFakt.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, ən çox sərnişin may…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik